3 kişi və 7 qadın toyda zəhərləndi
Mingəçevirdə toyda yeyib içən 10 nəfərdə mədə pozuğunluğu baş verib. Hadisə Mingəçevirdə yerləşən “Ağsaray” şadlıq sarayında qeydə alınıb. Bir masada əyləşən qohumlar qız evində hazırlanan soyuq qəlyanaltıları qəbul etdikdən sonra onlarda narahatlıq yaranıb. Nəticədə qəbul edilmiş keyfiyyətsiz qidadan mədə pozuntusu keçirən 3 kişi və 7 qadın Mingəçevir şəhər xəstəxanasına çatdırılıb.
Şadlıq sarayının administratoru Sabit Nərimanovun məlumatına görə, toy sahibləri həmin gün şadlıq evini icarəyə götürüblər: “Yeməklər toy sahibləri tərəfindən hazırlanıb”.
Hadisə ilə bağlı Mingəçevir GEM-in rəhbəri Əbil Ağayev deyib ki, şadlıq sarayındakı yeməklərdən və xəstələrdən analiz götürülüb və paytaxta, labarator analizə göndərilib: “Hadisənin dəqiq səbəbləri araşdırmalardan sonra məlumat olacaq”.
Şərhlər bağlıdır.