Bizimlə həyatınız həmişə işıqlı olacaq!

3 ay ərzində 69 tədbirə 457 gənc qatılıb

234

“Mingəçevir Gənclərinin Natiqlik Forumu” layihəsi çərçivəsində Azərbaycan Gənclər Fon-dunun maliyyə dəstəyi ilə reallaşan Debat Forumu uğurla yekunlaşıb. Forumda 22 komandanın tərkibində 66 söz cəngavəri mübarizə aparıb.

Finalda “Qarabağ” (3 saylı məktəb)  və “Demosfen” (Texniki Humanitar Liseyi) komandaları qarşılaşıblar.  Hakim heyətinin qərarına əsasən “Demosfen” forumun qalibi elan olunub. Qaliblərə kubok, ən yaxşı natiqlərə və xüsusi fəallığı ilə seçilən gənclərə medal, sertifikat, qiymətli hədiyyələr, eləcə də bütün iştirakçılara sertifikatlar təqdim edilib.

Final mükafatlandırma və bağlanış mərasimində layihə rəhbəri Etiram Sadıqzadə bildirib ki, onlar 3 ay ərzində 69 tədbir keçirib və bu  tədbirlərə 18 təşkilatın 457 gənci qatılıb.

Mingəçevir Şəhər İcra Hakimiyyətinin məsul işçisi Tofiq Əsgərov, Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli, Gənclər Evinin nümayəndəsi Rəşad Qurbanov forumun uğurla yekunlaşması münasibəti ilə layihə komandasını təbrik ediblər. Təlimçi Samir Şükürov gənclər tərəfindən müzakirə olunan “Müasir təlim metodlarının tətbiqi özünü doğruldur” mövzusunun əhəmiyyətinə toxunub.

Şərhlər bağlıdır.