29 min zəli Mingəçevirdəki Zoologiya İnstitutunun balansındakı süni göllərə buraxılıb
Ötən ay Astara Kömrük idarəsindən qaçalmalçılıq yolu ilə İrana aparılarkən kömrük əməkdaşlrı tərəfindən minlərlə zəli aşkarlanmışdı. Canlı orqanizm sayılan zəlilər İran İslam Respublikası vətəndaşı Zahidi Qulamrza Əbülfəz tərəfindən qaçaq yolla ölkədən çıxarılarkən aşkarlanıb. Aparılan araşdırmalar zamanı zəlilərin müvafiq qurumlardan heç bir icazə olmadan Masallı rayonunun ərazisindəki müxtəlif göllərdən toplanılan və satışının təşkili üçün başqa ölkəyə aparıldığı məlum olub. İran vətəndaşından aşkarlanan zəlilərin bioloji mühafizəsinin təmin edilməsi üçün Azərbaycan Milli Elmlər Akademiyasının və Gömrük Komitəsinin əməkdaşları birgə Mingəçevirdə Zoolofiya İnstitutunun balansındakı süni göllərə buraxılıb. Zəlilərin bir müddət burada qaldıqdan sonra təbiətə buraxılacağı bildirilir.
Şərhlər bağlıdır.