Bu gün Türkiyənin İzmir şəhərinin Seferihisar rayonunun sahilində 6,6 bal gücündə zəlzələ olub. Bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Məlumata görə, yeraltı təkanın ocağı 16,54 km dərinlikdə olub. Zəlzələ Bakı vaxtı ilə 15:54-də baş verib. Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu İzmirin Bornova və Bayraklı rayonlarında zəlzələ nəticəsində 6 binanın çökdüyünü bildirib. 4 nəfərin öldüyü, 120 nəfərin yaralandığı bildirilir.
Zəlzələnin İzmirlə yanaşı Aydın, Muğla, Manisa, Dənizli, Çanaqqala, Bursa, İstanbul, Uşak, Kütahya, Bursa, Yalova, Tekirdağ və Ədirnədə hiss edildiyi bildirilib. Xəstəxanalar, xilasetmə, polis və tibbi yardım qrupları hazır vəziyyətə gətirilib.
Hadisə ilə əlaqədar axtarış-xilasetmə işlər başlanıb.
Türkiyə mediasının hadisə yerindən çəkdiyi videonu təqdim edirik.
Şərhlər bağlıdır.