Bizimlə həyatınız həmişə işıqlı olacaq!

2023-cü ilin 9 ayı Mingəçevir şəhərinin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri

Əsas makroiqtisadi göstəricilər

Sənaye müəssisələri tərəfindən 2023-cü ilin yanvar-sentyabr aylarında 229574,4 min manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə sabit qiymətlərlə 10,4 faiz çox sənaye məhsulu istehsal edilmişdir.

Sənaye məhsulunun 12,5 faizi emal sektorunda, 85,9 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 1,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.

Tikinti müəssisələri tərəfindən 2023-cü ilin yanvar-sentyabr ayları ərzində şəhərdə 161 fərdi yaşayış evi tikilib, 14649,8 min manatlıq əsas fondlar istifadəyə verilmişdir.

Şəhərdə əsas kapitala cəmi 36033,5 min manat investisiya yönəldilmişdir ki, bunun da 34609,5 min manatı tikinti-quraşdırma işləridir.

2023-cü ilin yanvar-sentyabr ayları ərzində kənd təsərrüfatı heyvandarlıq məhsullarının istehsalı üzrə 46,2 ton ət (diri çəkidə) kəsilmiş, 1048,8 ton süd (fiziki çəkidə) sağılmış, 6,8 ton yun (fiziki çəkidə) və 112,0 min ədəd yumurta istehsal edilmişdir.

Nəqliyyat və anbar təsərrüfatı sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən yanvar-sentyabr aylarında 475,0 min ton yük və 21823,0 min sərnişin daşınmışdır. 2022-ci ilin eyni dövrü ilə müqayisədə yük daşınması 13,6 faiz, sərnişin daşınması isə 21,9 faiz çox olmuşdur.

İnformasiya və rabitə müəssisələri 2023-cü ilin yanvar-sentyabr aylarında 1220,0 min manatlıq xidmət göstərmişdir ki, onun da 91,1 faizi və ya 1111,5 min manatı əhali sektoruna aid olmuşdur. 2022-ci ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin həcmi 49,4 faiz və ya 1190,9 min manat az olmuşdur.

2023-cü ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət şəbəkəsindən əhaliyə 396050,2 min manatlıq məhsul satılmış, xidmət subyektləri tərəfindən 60053,1 min manatlıq ödənişli xidmət göstərilmişdir. 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə əmtəə dövriyyəsi 17,5 faiz, ödənişli xidmətlərin həcmi isə 26,3 faiz çox olmuşdur. Ticarət şəbəkəsində 310351,4 min manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 85698,8 min manatlıq isə qeyri-ərzaq məhsulları satılmışdır.

2023-cü ilin yanvar-sentyabr aylarında istehlak qiymətləri indeksi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 111,9 faiz, o cümlədən ərzaq məhsulları, içki və tütün məmulatları üzrə 114,3 faiz, qeyri-ərzaq məhsulları üzrə 107,5 faiz və əhaliyə göstərilən ödənişli xidmətlər üzrə 112,0 faiz təşkil etmişdir.

İlkin hesablamalara görə 2023-cü ilin yanvar-sentyabr aylarında şəhərdə muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2022-ci ilin müvafiq dövrünə nisbətən 12,5 faiz artaraq 601,3 manat təşkil etmişdir.

İlkin hesablamalara görə 2023-cü ilin yanvar-sentyabr ayları ərzində əhalinin sayı 288 nəfər artaraq 01 oktyabr 2023-cü il tarixinə 102720 nəfər olmuşdur.

Şərhlər bağlıdır.