Bizimlə həyatınız həmişə işıqlı olacaq!

2021-ci ilin oktyabr ayının 1-i vəziyyətinə təsərrüfat subyektlərinin xarakteristikası

237

Azərbaycan Respublikası regionlarının inkişaf etdirilməsi ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Azərbaycan Respublikası Prezidentinin 29 yanvar 2019-cu il tarixli 500 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ölkədə iqtisadiyyatın, o cümlədən qeyri-neft sektorunun dayanıqlı inkişafına, regionlarda sosial infrastrukturun və sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına təkan vermişdir.

Bu dövrdə şəhərdə bir çox yeni müəssisə və təşkilatlar yaranmış, dövlət mülkiyyətində olan müəssisələrin bir hissəsi özəlləşdirilərək xüsusi bölməyə keçmiş, onların strukturlarında dəyişikliklər baş vermişdir. Rəqabətə davam gətirə bilməyən təsərrüfat subyektlərinin müəyyən hissəsi ləğv edilmiş digər hissəsi isə öz fəaliyyət istiqamətlərini dəyişdirmişdir.

2021-ci ilin oktyabr ayının 1-i vəziyyətinə “Statistik vahidlərinin Dövlət reyestri”ndə Mingəçevir şəhəri üzrə qeydiyyatdan keçmiş hüquqi şəxslərin, filial və nümayəndəliklərin sayı 1238 olmuşdur.

Fəaliyyət növləri 01.10.2021-ci il vəziyyətinə hüquqi şəxslərin sayı Ümumi saya görə

%-lə

  CƏMI 1238 100,0
  o cümlədən:    
A Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq 81 6,54
B Mədənçıxarma sənayesi 12 0,97
C Emal sənayesi 80 6,46
D Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı 8 0,65
E Su təchizatı, tullantıların təmizlənməsi və emalı 2 0,16
F Tikinti 126 10,18
G Ticarət; nəqliyyat vasitələrinin təmiri 238 19,23
H Nəqliyyat və anbar təsərrüfatı 14 1,13
İ Turistlərin yerləşdirilməsi və ictimai iaşə 10 0,81
J İnformasiya və rabitə 22 1,78
K Maliyyə və sığorta fəaliyyəti 21 1,70
L Daşınmaz əmlakla əlaqədar əməliyyatlar 16 1,29
M Peşə, elmi və texniki fəaliyyət 26 2,10
N İnzibati və yardımçı xidmətlərin göstərilməsi 39 3,15
O Dövlət idarəetməsi və müdafiə, sosial təminat 16 1,29
P Təhsil 52 4,20
Q Əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi 28 2,26
R İstirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət 15 1,21
S Digər sahələrdə xidmətlərin göstərilməsi 432 34,89

Şərhlər bağlıdır.