2021-ci ildə Mingəçevir şəhərində qeydə alınmış inzibati xətalar
Respublikadakı sabitlik, xalq təsərrüfatının ayrı-ayrı sahələrinin inkişafı, Mingəçevirdə də özünü göstərməkdədir. 2021-ci ildə inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan əlaqədar orqanlar tərəfindən 15647 inzibati xəta aşkar edilmişdir ki, bu da 2020-ci illə müqayisədə 3515 xəta və ya 29,0 faiz çox deməkdir. Aşkar edilmiş inzibati xətalar əsasında 15526 şəxs haqqında qərar çıxarılmışdır ki, bu da əvvəlki illə müqayisədə 3559 şəxs və ya 29,7 faiz çoxdur. Haqqında qərar çıxarılmış şəxslərdən 15227 şəxs və ya 98,1 faiz inzibati tənbeh olunmuşdur. Hesabat ilində inzibati tənbeh olunmuşlardan 14334 şəxs və ya 94,1 faiz cərimə olunmuşdur ki, bu da keçən ilə nisbətən 3977 şəxs və ya 38,4 faiz artmış, 137 şəxs və ya 0,9 faiz xəbərdarlıq almışdır ki, bu da keçən ilə nisbətən 489 nəfər və ya 78,1 faiz, 126 şəxs və ya 0,8 faiz həbs olunmuşdur ki, bu da keçən ilə nisbətən 13 şəxs və ya 9,4 faiz azalmışdır. Hesabat ilində 842029,0 manat cərimə tətbiq edilmişdir ki, bunun da 512394,7 manatı və ya 60,9 faizi inzibati xəta törətmiş fiziki və hüquqi şəxslər tərəfindən ödənilmişdir. 2020-ci illə müqayisədə müvafiq olaraq tətbiq edilmiş cərimələrin məbləği 236503,0 manat və ya 39,1 faiz, ödənilmiş cərimələrin məbləği isə 108982,8 manat və ya 27,0 faiz artmışdır.
Şərhlər bağlıdır.