2019-cu ilin yanvar-mart aylarında Mingəçevirdə əhaliyə göstərilən ödənişli xidmətlər və iaşə dövriyyəsi
2019-cu ilin yanvar-mart aylarında Mingəçevir əhalisinə 16820,7 min manatlıq ödənişli xidmət göstərilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə faktiki qiymətlərdə 757,4 min manat və ya 4,7 faiz, müqayisəli qiymətlərlə isə 584,5 min manat və ya 3,6 faiz çoxdur.
Diaqramdan göründüyü kimi, 2019-cu ilin yanvar-mart aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin həcmində fiziki şəxslərin xüsusi çəkisi 70,5 faiz, rəsmi qeydiyyatdan keçmiş dövlət mülkiyyətli müəssisələrin xüsusi çəkisi 27,6 faiz, rəsmi qeydiyyatdan keçmiş qeyri-dövlət mülkiyyəti müəssisələrinin xüsusi çəkisi isə 1,9 faiz təşkil etmişdir.
Hesabat dövründə əhaliyə göstərilən ödənişli xidmətlərin həcmində (məişət xidməti daxil olmaqla) qeyri-dövlət mülkiyyətli müəssisələrin (fiziki şəxslərdə daxil olmaqla) həcmi 12176,6 min manat, xüsusi çəkisi isə 72,4 faiz təşkil etmişdir.
Cari ilin yanvar-mart ayları ərzində əhaliyə göstərilən ödənişli xidmətlərin həcmində (məişət xidməti daxil olmaqla) dövlət mülkiyyətli müəssisələrin payı 4650,1 min manat və ya 27,6 faiz olmuşdur ki, bu da ötən ilin müvafiq dövründən faktiki qiymətlərlə 15,1 faiz və ya 611,4 min manat, müqayisəli qiymətlərlə isə 3,6 faiz və ya 161,6 min manat çoxdur.
Hüquqi şəxslər tərəfindən 2019-cu ilin yanvar-mart aylarında məişət xidməti də daxil olmaqla əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi 4966,9 min manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən faktiki qiymətlərlə 15,0 faiz və ya 647,5 min manat, müqayisəli qiymətlərlə isə 3,6 faiz və ya 172,6 min manat çoxdur.
Əsas fəaliyyət növü ticarət olan müəssisələr tərəfindən əhaliyə 2019-cu ilin yanvar-mart aylarında 19,5 min manatlıq ödənişli xidmətlər göstərilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövründən faktiki qiymətlərlə 53,3 min manat və ya 73,2 faiz az, müqayisəli qiymətlərlə isə 0,7 min manat və ya 3,7 faiz çoxdur.
Digər sahələrin (sənaye, kənd təsərrüfatı, tikinti, sosial və s.) müəssisələri tərəfindən hesabat dövründə əhaliyə 4947,4 min manatlıq ödənişli xidmət göstərilmişdir ki, bu da 2018-ci ilin müvafiq dövrünə nisbətən faktiki qiymətlərlə 700,8 min manat və ya 16,5 faiz, müqayisəli qiymətlərlə isə 171,9 min manat və ya 3,6 faiz çoxdur.
Hüquqi şəxslər tərəfindən əhaliyə göstərilən ödənişli xidmətlərin həcmində qeyri ticarət təşkilatlarının xüsusi çəkisi 72,4 faiz təşkil etmişdir.
Fiziki şəxslər tərəfindən hesabat dövründə əhaliyə 11853,8 min manatlıq ödənişli xidmətlər göstərilmişdir ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən faktiki qiymətlərlə 0,9 faiz və ya 109,9 min manat, müqayisəli qiymətlərlə isə 3,6 faiz və ya 411,9 min manat çoxdur.
Cari ilin yanvar-mart ayları ərzində şəhər əhalisinə 2576,5 min manatlıq məişət xidməti göstərilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə faktiki qiymətlərlə 48,6 min manat və ya 1,9 faiz, müqayisəli qiymətlərlə isə 33,1 min manat və ya 1,3 faiz çoxdur.
Əhaliyə göstərilən məişət xidmətinin həcmində dövlət mülkiyyətli müəssisələrin payı 2,3 min manat və ya 0,09 faiz olmuşdur ki, bu da ötən ilin müvafiq dövründən faktiki qiymətlərlə 0,5 min manat və ya 27,8 faiz çoxdur.
Hesabat dövründə əhaliyə göstərilən məişət xidmətinin həcmində qeyri-dövlət mülkiyyətli müəssisələrin payı 2574,2 min manat, xüsusi çəkisi isə 99,91 faiz olmuşdur.
Hüquqi şəxslər tərəfindən 2019-cu ilin yanvar-mart ayları ərzində əhaliyə göstərilən məişət xidmətlərinin həcmi 27,0 min manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən faktiki qiymətlərlə 3,7 min manat və ya 15,9 faiz, müqayisəli qiymətlərlə isə 0,3 min manat və ya 1,1 faiz çoxdur.
Əsas fəaliyyət növü ticarət olan müəssisələr tərəfindən əhaliyə hesabat dövründə 19,5 min manatlıq məişət xidmət göstərilmişdir ki, bu da əvvəlki ilin eyni dövründən faktiki qiymətlərlə 3,0 min manat və ya 18,2 faiz, müqayisəli qiymətlərlə isə 0,3 min manat və ya 1,6 faiz çoxdur.
Digər sahələrin (sənaye, kənd təsərrüfatı, tikinti, sosial və s.) müəssisələri tərəfindən əhaliyə 7,5 min manatlıq məişət xidməti göstərilmişdir ki, bu da 2018-ci ilin müvafiq dövrünə nisbətən faktiki qiymətlərlə 0,7 min manat və ya 10,3 faiz, müqayisəli qiymətlərlə isə 0,1 min manat və ya 1,4 faiz çoxdur.
Hüquqi şəxslər tərəfindən əhaliyə göstərilən məişət xidmətlərinin həcmində qeyri ticarət təşkilatlarının xüsusi çəkisi 27,8 faiz təşkil etmişdir.
Fiziki şəxslər tərəfindən hesabat dövründə əhaliyə 2549,5 min manatlıq məişət xidməti göstərilmişdir ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən faktiki qiymətlərlə 1,8 faiz və ya 44,9 min manat, müqayisəli qiymətlərlə isə 1,3 faiz və ya 32,7 min manat çoxdur.
İaşə əmtəə dövriyyəsi – iaşə şəbəkələri vasitəsi ilə kulinariya məhsulları, xörəklər, yarımfabrikatlar, həmçinin aşpazlıq emalından keçməmiş digər əmtəələrin əhaliyə satışını əks etdirir.
01 aprel 2019-cu il vəziyyətinə şəhərdə iaşə fəaliyyəti ilə məşğul olan 4 ədəd firma, məhdud məsuliyyətli cəmiyyət və 11 saylı Ərazi Vergilər Departamentinin məlumatına əsasən 644 nəfər isə hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olan fiziki şəxslər qeydiyyatdan keçmişdir.
2019-cu ilin yanvar-mart aylarında şəhər üzrə fiziki şəxslər də daxil olmaqla əhaliyə 2024,4 min manatlıq iaşə xidməti göstərilmişdir ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən faktiki qiymətlərlə 45,1 min manat və ya 2,3 faiz, müqayisəli qiymətlərlə isə 28,0 min manat və ya 1,4 faiz çoxdur.
Hesabat dövründə hüquqi şəxslər üzrə iaşə dövriyyəsi 2024,4 min manat olmuşdur ki, bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə faktiki qiymətlərlə 2,3 faiz və ya 45,1 min manat, müqayisəli qiymətlərlə isə 1,4 faiz və ya 28,0 min manat çoxdur.
Hüquqi şəxslər üzrə iaşə dövriyyəsinin 33,7 min manatı və ya 20,8 faizi dövlət mülkiyyətli müəssisələrin hesabınadır.
“İri və orta müəssisələr” üzrə iaşə dövriyyəsi 33,2 min manat təşkil etmişdir ki, bu da digər sahələrin (sənaye, kənd təsərrüfatı, tikinti, sosial və s.) müəssisələrinin hesabınadır. “İri və orta müəssisələr” üzrə iaşənin dövriyyəsi keçən ilin müvafiq dövrünə nisbətən faktiki qiymətlərlə 10,0 faiz və ya 3,7 min manat az, müqayisəli qiymətlərlə isə 1,5 faiz və ya 0,5 min manat çox olmuşdur. “İri və orta müəssisələr”də iaşə dövriyyəsi dövlət mülkiyyətli müəssisələrin hesabına olmuşdur.
“Kiçik müəssisələr” üzrə iaşə dövriyyəsi 128,9 min manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən faktiki qiymətlərlə 1,4 dəfə və ya 119,7 min manat, müqayisəli qiymətlərlə isə 1,4 faiz və ya 1,8 min manat çox olmuşdur.
“Kiçik müəssisələr”in dövlət mülkiyyətli müəssisələrində iaşə dövriyyəsi 0,5 min manat olmuşdur ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən faktiki qiymətlərlə 0,1 min manat və ya 25,0 faiz çox olmuşdur .
Hesabat dövründə Əsas fəaliyyət növü ticarət olan “Kiçik müəssisələr” üzrə iaşə dövriyyəsi digər sahələrin hesabına olmuşdur.
2019-cu ilin yanvar-mart ayları ərzində iaşə dövriyyəsinin həcmində “Hüquqi şəxslərin” xüsusi çəkisi həm faktiki qiymətlərlə və həm də müqayisəli qiymətlərlə 8,0 faiz olmuşdur.
Fiziki şəxslər üzrə iaşə dövriyyəsi 2019-cu ilin yanvar-mart ayları ərzində cəmi 1862,3 min manat olmuşdur ki, bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə faktiki qiymətlərlə 3,7 faiz və ya 70,9 min manat az, müqayisəli qiymətlərlə isə 25,7 min manat və ya 1,4 faiz çoxdur.
Diaqramdan göründüyü kimi, 2019-cu ilin yanvar-mart ayları ərzində iaşə dövriyyəsinin həcmində fiziki şəxslərin xüsusi çəkisi 92,0 faiz, digər sahələrin “İri və orta müəssisələri”nin xüsusi çəkisi 1,6 faiz, digər sahələrin “Kiçik müəssisələri”nin xüsusi çəkisi isə 6,4 faiz olmuşdur.
Şərhlər bağlıdır.