Məşğulluq xidmətləri tərəfindən Respublikada rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 2019-cu ilin yanvar ayının 1-nə 20088 nəfər olmuşdur ki, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 47,8 faiz və ya 18393 nəfər az deməkdir. Ölkə üzrə həmin tarixə rəsmi işsiz statusu verilmiş cəmi şəxslərin sayından 1,6 faiz və ya 331 nəfəri Mingəçevirdə qeydiyyata alınmışdır.
01.01.2019-cu il tarixə Respublikada rəsmi işsiz statusu almış şəxslərdən 5,6 faizi və ya 1117 nəfəri işsizlikdən sığorta ödənişi alanlar olmuşdur. Mingəçevir şəhərində isə rəsmi işsiz statusu almış şəxslərdən 6,9 faizi və ya 31 nəfəri işsizlikdən sığorta ödənişi alanlar olmuşdur.
İşsizlikdən sığorta ödənişinin orta məbləği keçən ilin müvafiq dövrü ilə müqayisədə 32,7 faiz və ya 95,2 manat azalaraq 196,0 manat təşkil etmişdir.
2018-ci ilin yanvar-dekabr aylarında Mingəçevir şəhər Məşğulluq Mərkəzində əmək fəaliyyəti ilə məşğul olmayan 842 nəfər iş axtaran kimi qeydə alınmışdır ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 64,3 faiz və ya 1516 nəfər azdır.
Hesabat dövründə iş axtaran kimi qeydə alınmış şəxslərin 20,4 faizi və ya 172 nəfəri 29 yaşadək gənclərdir.
Mingəçevir şəhər Məşğulluq Mərkəzində 1 yanvar 2019-cu il tarixinə qeydə alınmış cəmi iş axtaranların 811-i, gənclərin isə 184-ü cari ilin yanvar-dekabr aylarında işlə təmin olunmuşlar.
2019-cu ilin yanvar ayının 1-i vəziyyətinə şəhərdə ünvanlı dövlət sosial yardımı alan ailə üzvlərinin sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 31,7 faiz və ya 1465 nəfər azalaraq 3153 nəfər olmuşdur. Həmin tarixə 1 nəfərə düşən aylıq ünvanlı dövlət sosial yardımın məbləği 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 14,6 faiz və ya 5,34 manat artaraq 41,94 manat təşkil etmişdir.
Şərhlər bağlıdır.