Azərbaycan Respublikası regionlarının inkişaf etdirilməsi ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2014-cü il tarixli 118 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ölkədə iqtisadiyyatın, o cümlədən qeyri-neft sektorunun dayanıqlı inkişafına, regionlarda sosial infrastrukturun və sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına təkan vermişdir.
Mingəçevir şəhərində sahibkarlığın inkişaf etdirilməsi, azad rəqabət mühitinin formalaşması fəaliyyətdə olan təsərrüfat subyektlərinin sayının və tərkibinin dəyişməsinə öz təsirini göstərmişdir. Şəhərdə bir çox yeni müəssisə və təşkilatlar yaranmış, rəqabətə davam gətirə bilməyən təsərrüfat subyektlərinin müəyyən hissəsi ləğv edilmiş, digər hissəsi isə öz fəaliyyət istiqamətlərini dəyişdirmişdir. “Statistik vahidlərin Dövlət reyestri” üzrə 01 oktyabr 2018-ci il tarixinə şəhərdə əsas fəaliyyət növü sənaye olan hüquqi şəxslərin sayı 94 olmuşdur ki, onlardan 40-ı 2018-ci ilin yanvar-sentyabr fəaliyyət göstərmişdir.
Əsas fəaliyyəti sənaye olan 40 müəssisənin işçilərinin sayına və gəlirlərinin həcminə görə 12-i və ya 30,0 faizi iri və orta sahibkarlıq subyekti, 28-si və ya 70,0 faizi isə kiçik sahibkarlıq subyekti sayılır.
2018-ci ilin yanvar-sentyabr aylarında şəhərdə təşkilati hüquqi formasından asılı olmayaraq sənaye müəssisələri tərəfindən istehsal olunmuş məhsulların (natural ifadəsində) həcmi 2017-ci ilin müvafiq dövrünə nisbətən fiziki həcm indeksi tətbiq edildikdən sonra artım tempi 86,7 faiz təşkil etmişdir. 2018-ci ilin yanvar-sentyabr aylarında kiçik sahibkarlıq subyektləri də nəzərə alınmaqla şəhər sənayesinin təsərrüfat subyektləri tərəfindən fəaliyyətdə olan topdansatış qiymətlərində 219396,7 min manatlıq məhsul istehsal edilmiş və xidmətlər göstərilmişdir. 2018-ci ilin yanvar-sentyabr aylarında dövlət sektorunda istehsalın həcmi sənaye məhsulunun 97,0 faizini, qeyri-dövlət sektorunda isə istehsalın həcmi sənaye məhsulunun 3,0 faizini təşkil etmişdir. Ümumi sənaye istehsalının 96,5 faizi malların (əmtəələrin) istehsalı, 3,5 faizi isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaradılmışdır. 2018-ci ilin yanvar-sentyabr aylarında şəhər sənayesinin təsərrüfat subyektləri tərəfindən istehsal edilmiş sənaye məhsulun həcmi respublika üzrə istehsal edilmiş sənaye məhsulun həcminin 0,6 faizini təşkil edir.
Hesabat dövründə istehsal edilmiş sənaye məhsulunun 95,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsinin, 2,9 faizi emal bölməsinin, 1,6 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsinin, 0,1 faizi mədənçıxarma bölməsinin payına düşür.
İstehlakçılara əvvəlki illərin hazır məhsul ehtiyatlarının qalıqları da daxil olmaqla 219378,3 min manatlıq məhsul göndərilmiş, müəssisələrin anbarlarında 1176,1 min manatlıq hazır məhsul ehtiyatı qalmışdır ki, bu da 2018-ci ilin aprel ayının 1-i vəziyyəti ilə müqayisədə 0,9 faiz və ya 10,4 min manat çoxdur. İstehlakçılara göndərilmiş sənaye məhsulunun 610,1 min manatını və ya 0,3 faizini ixrac olunmuş mallar təşkil etmişdır.
Şəhər sənayesinin strukturunda elektrik enerjisinin istehsalı aparıcı rol oynayır. 2018-ci ilin yanvar-sentyabr aylarında istehsalın həcmi sənayenin ümumi məhsulunun 95,4 faizini təşkil etmiş elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində 209240,0 min manatlıq məhsul istehsal olunmuşdur. 2018-ci ilin yanvar-sentyabr aylarında ölkədə istehsal olunan elektrik enerjisinin (əmtəəlik) 33,8 faizi və ya 5589,5 milyon kvt.saatı Mingəçevirdə fəaliyyət göstərən müəssisələr tərəfindən hasil edilmişdir ki, bunun da 93,3 faizi istilik elektrik stansiyasının, 6,7 faizi su elektrik stansiyasının payına düşür. Şəhər üzrə istehsal olunmuş elektrik enerjisinin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 13,6 faiz və ya 820,7 milyon kvt. saat az olmuşdur. 2018-ci ilin yanvar-sentyabr aylarında 2,8 min Qkal istilik enerjisi istehsal edilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 15,2 faiz və ya 0,5 min Qkal az olmuşdur.
Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin yanvar-sentyabr aylarında su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində 8,4 faizlik artım, mədənçıxarma bölməsində 36,1 faizlik, emal bölməsində 7,8 faizlik, sənayenin elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində isə 12,9 faizlik azalma müşahidə olunmuşdur.
2018-ci ilin yanvar-sentyabr aylarında istehsalın həcmi sənayenin ümumi məhsulunun 2,9 faizini təşkil etmiş emal sənayesi müəssisələri tərəfindən 6466,3 min manatlıq məhsul istehsal olunmuşdur. Emal bölməsində dəri və dəridən məmulatların, mebeldən başqa ağacın emalı və ağacdan məmulatların, tikinti materiallarının, hazır metal məmulatlarının, elektrik avadanlıqlarının və mebellərin istehsalında artım müşahidə edilmişdir. Bundan başqa qida məhsullarının, toxuculuq, geyim, poliqrafiya məhsullarının, rezin və plastik kütlə məmulatlarının, kompyuter, elektron və optik məhsulların, maşın və avadanlıqların quraşdırılması və təmiri və maşın və avadanlıqların istehsalında isə azalma müşahidə edilmişdir.Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin yanvar-sentyabr aylarında su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində 8,4 faizlik artım, mədənçıxarma bölməsində 36,1 faizlik, emal bölməsində 7,8 faizlik, sənayenin elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində isə 12,9 faizlik azalma müşahidə olunmuşdur.
Emal sənayesində ayrı-ayrı sahələr üzrə məhsul istehsalının xüsusi çəkisini aşağıdakı diaqramdan görmək olar.
Emal sənayesində qida məhsullarının istehsalının xüsusi çəkisi 8,3 faiz, geyim istehsalının xüsusi çəkisi 1,4 faiz, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalının xüsusi çəkisi 9,5 faiz, poliqrafiya məhsullarının istehsalının xüsusi çəkisi 1,0 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalının xüsusi çəkisi 7,5 faiz, tikinti materiallarının istehsalının xüsusi çəkisi 21,0 faiz, hazır metal məmulatlarının istehsalının xüsusi çəkisi 0,9 faiz, kompyuter, elektron və optik məhsulların istehsalının xüsusi çəkisi 11,7 faiz, elektrik avadanlıqlarının istehsalının xüsusi çəkisi 27,0 faiz, maşın və avadanlıqların istehsalının xüsusi çəkisi 11,5 faiz, sair məhsulların istehsalının xüsusi çəkisi 0,2 faiz təşkil etmişdir.
2018-ci ilin yanvar-sentyabr aylarında cəmi istehsal edilmiş məhsulun 98,6 faizi iri və orta sənaye müəssisələrinin, 1,4 faizi isə kiçik sahibkarlıq subyektləri sayılan sənaye müəssisələrinin payına düşür. 2018-ci ilin yanvar-sentyabr aylarında iri və orta sənaye müəssisələri tərəfindən istehsal edilmiş məhsulun həcmi 216413,1 min manat olmuşdur ki, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə faktiki qiymətlərlə 13,0 faiz və ya 32280,6 min manat azdır. 2018-ci ilin yanvar-sentyabr aylarında iri və orta sənaye müəssisələri üzrə istehsalın həcmi dövlət sektorunda sənaye məhsulunun 98,2 faizini, qeyri-dövlət sektorunda isə sənaye məhsulunun 1,8 faizini təşkil etmişdir. 2018-ci ilin yanvar-sentyabr aylarında kiçik sahibkarlıq subyektləri tərəfindən istehsal edilmiş məhsulun həcmi 2983,6 min manat olmuşdur ki, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 42,4 faiz və ya 888,3 min manat çoxdur. 2018-ci ilin yanvar-sentyabr aylarında kiçik sahibkarlıq subyektləri sayılan sənaye müəssisələrində istehsalın həcmi dövlət sektorunda sənaye məhsulunun 8,9 faizini, qeyri-dövlət sektorunda isə sənaye məhsulunun 91,1 faizini təşkil etmişdir.
2018-ci ilin yanvar-sentyabr aylarında sənaye müəssisələrində siyahı tərkibində olan işçilərin orta sayı 3292 nəfər olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 67 nəfər və ya 2,0 faiz azdır. 2018-ci ilin yanvar-sentyabr aylarında sənaye müəssisələrində siyahı tərkibində olan işçilərin 1829 nəfəri və ya 55,6 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsində, 36 nəfəri və ya 1,0 faizi mədənçıxarma sənayesində, 610 nəfəri və ya 18,3 faizi emal sənayesində, 823 nəfəri 25,1 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsində, mövcud olmuşdur.
2018-ci ilin yanvar-sentyabr aylarında sənaye müəssisələrində işləyən muzdlu işçilərə cəmi 9604,6 min manat əmək haqqı hesablanmışdır ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 7,2 faiz və ya 650,6 min manat çoxdur. Hesablanmış cəmi əmək haqqının 90,0 faizi və ya 8641,4 min manatı dövlət sektorunda işləyən işçilərin, 10,0 faizi və ya 963,2 min manatı isə qeyri-dövlət sektorunda işləyən işçilərin payına düşmüşdür. Hesablanmış cəmi əmək haqqının 73,8 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsində mövcud olmuşdur. Şəhərin sənaye müəssisələrində cari ilin yanvar-sentyabr aylarında muzdla işləyənlərin orta aylıq nominal əmək haqqı 340,4 manat olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrünün səviyyəsindən 5,2 faiz və ya 16,9 manat çoxdur. Cari ilin yanvar-sentyabr aylarında dövlət sektorunda çalışan muzdlu işçilərin orta aylıq nominal əmək haqqı 362,2 manat, qeyri-dövlət sektorunda çalışan muzdlu işçilərin orta aylıq nominal əmək haqqı isə 221,2 manat olmuşdur. Ən yüksək orta aylıq nominal əmək haqqı (432,4 manat) elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsində mövcud olmuşdur.
Şərhlər bağlıdır.