2018-ci ilin yanvar-sentyabr aylarında 9388,3 min manatlıq əsas fondlar istifadəyə verilmişdir ki, bunun da 7050,2 min manatı və ya 75,1 faizi dövlət, 2338,1 min manatı və ya 24,9 faizi isə qeyri-dövlət sektorunun payına düşür.
2018-ci ilin yanvar-sentyabr aylarında şəhərdə əsas kapitala cəmi 35971,8 min manat investisiya yönəldilmişdir ki, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 34,5 faiz azdır. Cəmi investisiyanın 32647,5 min manatı və ya 90,8 faizi dövlət, 3324,3 min manatı və ya 9,2 faizi isə qeyri-dövlət sektoruna yönəldilmişdir.
2018-ci ilin yanvar-sentyabr aylarında əsas kapitala yönəldilmiş investisiyalardan tikinti-quraşdırma işlərinə 28535,7 min manat investisiya qoyulmuşdur ki, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 38,5 faiz azdır.
2018-ci ilin yanvar-sentyabr ayları ərzində əsas kapitala yönəldilmiş investisiyaların və ondan tikinti-quraşdırma işlərinin əvvəlki ilin müvafiq dövrü ilə müqayisəsini qrafikdən görmək olar.
2018-ci ilin yanvar-sentyabr aylarında kiçik sahibkarlıq subyektləri də nəzərə alınmaqla fəaliyyət göstərən podratçı təşkilatlar tərəfindən yerinə yetirilmiş işlərin dəyəri 22360,2 min manat olmuşdur ki, bu da 2017-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 11585,1 min manat və ya 2,1 dəfə çoxdur. 2018-ci ilin yanvar-sentyabr aylarında cəmi yerinə yetirilmiş tikinti işlərinin 10,3 faizi və ya 2311,4 min manatı dövlət mülkiyyətində, 89,7 faizi və ya 20048,8 min manatı isə qeyri-dövlət mülkiyyətində olan təşkilatlar tərəfindən yerinə yetirilmişdir. 2018-ci ilin yanvar-sentyabr aylarında yerinə yetirilmiş ümumi tikinti işlərinin 17232,8 min manatı və ya 77,1 faizi tikinti, yenidənqurma, genişləndirmə, texniki avadanlıqlar və cihazlarla yenidən təchiz edilmə, 2086,9 min manatı və ya 9,3 faizi əsaslı təmir işləri, 2854,7 min manatı və ya 12,8 faizi cari təmir işləri və 185,8 min manatı və ya 0,8 faizi sair işlərdir.
2018-ci ilin yanvar-sentyabr aylarında tikinti təşkilatlarında 348 nəfər məşğul olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 52 nəfər və ya 13,0 faiz azdır. 2018-ci ilin yanvar-sentyabr aylarında tikinti təşkilatlarında siyahı tərkibində olan işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə cəmi 12,9 faiz və ya 33,9 manat artaraq 296,8 manat olmuşdur. Hesabat dövrü ərzində tikinti təşkilatlarında çalışan işçilərdən 43 nəfəri qadındır ki, onların da orta aylıq nominal əmək haqqı 246,7 manat olmuşdur.
2018-ci ilin yanvar-sentyabr aylarında tikinti təşkilatlarının dövlət sektorunda 164 nəfər məşğul olmuşdur ki, bu da 2017-cı ilin yanvar-sentyabr ayları ilə müqayisədə 5 nəfər və ya 3,1 faiz çoxdur. 2018-ci ilin yanvar-sentyabr aylarında tikinti təşkilatlarının dövlət sektorunda çalışan işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə cəmi 22,9 faiz və ya 65,2 manat artaraq 350,0 manat olmuşdur.
Şərhlər bağlıdır.