2018-ci ilin 9 ayı ərzində Mingəçevirdə dövlət büdcəsindən maliyyələşdirilən istehlakçıların istifadə etdikləri kommunal xidmətlər.
İlkin hesablamalara görə 2018-ci ilin yanvar-sentyabr ayları ərzində şəhərdə büdcədən maliyyələşdirilən istehlakçılar tərəfindən natura ifadəsində 5314,0 min kVt.saat elektrik enerjisi, 1327,8 Qkalori istilik enerjisi, 488,0 min kub m. təbii qaz, 165,2 min kub m. sudan istifadə edilmişdir ki, bu da 2017-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə natura ifadəsində istifadə edilən elektrik enerjisinin 28,6 faiz, istilik enerjisinin 32,5 faiz, təbii qazın 17,0 faiz, suyun istehlakının isə 21,2 faiz artması deməkdir. İstehlak edilən 39,6 min manatlıq rabitə xidmətləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,5 min manat və ya 12,2 faiz azalmışdır.
Cəmi məsrəflərin ümumi məbləğinin 58,8 faizini elektrik enerjisi, 4,1 faizini istilik enerjisi, 12,0 faizini təbii qaz, 20,3 faizini su və 4,8 faizini rabitə xidmətləri təşkil etmişdir.
2018-ci ilin yanvar-sentyabr aylarında şəhərin büdcə təşkilatları tərəfindən istehlak edilmiş elektrik və istilik enerjisinin, təbii qazın, suyun və rabitə xidmətlərinin ümumi dəyəri 2017-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 23,0 faiz və ya 152,0 min manat artaraq 813,9 min manat təşkil etmişdir.
Büdcə təşkilatları 2018-ci ilin yanvar-sentyabr aylarında istifadə etdikləri bütün ehtiyatların dəyərinin 805,0 min manatını və ya 98,9 faizini ödəmişlər.
Diaqramdan göründüyü kimi, 2018-ci ilin yanvar-sentyabr aylarında istehlak edilmiş elektrik enerjisinin 98,3 faizi, istilik enerjisinin 100,0 faizi, təbii qazın 99,9 faizi, suyun 99,8 faizi və rabitə xidmətlərinin dəyərinin 98,7 faizi ödənilmişdir.
Limitə görə istehlak isə cədvəldəki kimi xarakterizə olmuşdur.
Cədvəldən göründüyü kimi 2018-ci ilin yanvar-sentyabr aylarında 2,7 faiz və ya 12,6 min manat elektrik enerjisindən çox, 5,4 faiz və ya 1,9 min manat istilik enerjisindən, 7,4 faiz və ya 7,8 min manat təbii qazdan, 14,4 faiz və ya 27,7 min manat sudan, 13,4 faiz və ya 6,1 min manat rabitə xidmətlərindən müəyyən edilmiş limitdən az istifadə olunmuşdur.
Şərhlər bağlıdır.