Mingəçevir Şəhər Statistika İdarəsiStatistika

01 oktyabr 2018-ci il vəziyyətinə Mingəçevir şəhəri üzrə təsərrüfat subyektlərinin xarakteristikası.

“Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” və “Azərbaycan Respublikası Regionlarının sosial-iqtisadi inkişaf Dövlət proqramı (2014-2018-ci illər)” haqqında qəbul edilmiş qərarlardan keçən vaxt ərzində ölkədə və eləcə də Mingəçevirdə dövlət əmlakının özəlləşdirilməsi, sahibkarlığın inkişaf etdirilməsi və azad rəqabət mühitinin formalaşmasını bir qədər də sürətləndirmiş və bu proseslər fəaliyyətdə olan təsərrüfat subyektlərinin sayının və tərkibinin dəyişməsinə də dövlət tərəfindən gündən-günə artan diqqət və maliyyə yardımı 2018-ci ildə də öz müsbət təsirini göstərir. Bu dövrdə şəhərdə bir çox yeni müəssisə və təşkilatlar yaranmış, dövlət mülkiyyətində olan müəssisələrin bir hissəsi özəlləşdirilərək xüsusi bölməyə keçmiş, onların strukturlarında dəyişikliklər baş vermişdir. Rəqabətə davam gətirə bilməyən təsərrüfat subyektlərinin müəyyən hissəsi ləğv edilmiş digər hissəsi isə öz fəaliyyət istiqamətlərini dəyişdirmişdir.

2018-ci ilin oktyabr ayının 1-i vəziyyətinə “Statistik vahidlərinin Dövlət reyestri”ndə Mingəçevir şəhəri üzrə qeydiyyatdan keçmiş hüquqi şəxslərin, filial və nümayəndəliklərin sayı 1134 olmuşdur.

Etibar Kərimov

Mingəçevir Şəhər Statistika İdarəsi

Daha çox

Oxşar yazılar

Close