Bizimlə həyatınız həmişə işıqlı olacaq!

2018-ci ildə Mingəçevir şəhərində qeydə alınmış inzibati xətalar

Respublikadakı sabitlik, xalq təsərrüfatının ayrı-ayrı sahələrinin inkişafı, Mingəçevirdə də özünü göstərməkdədir. 2018-ci ildə inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan əlaqədar orqanlar tərəfindən 12267 inzibati xəta aşkar edilmişdir ki, bu da 2017-ci illə müqayisədə 1651 xəta və ya 11,9 faiz az deməkdir. Haqqında qərar çıxarılmış şəxslərin hamısıda inzibati tənbeh olunmuşdur. Hesabat ilində inzibati tənbeh olunmuşlardan 11099 şəxs və ya 90,5 faiz cərimə olunmuşdur ki, bu da keçən ilə nisbətən 1677 şəxs və ya 13,1 faiz, 93 şəxs və ya 0,8 faiz xəbərdarlıq almışdır ki, bu da keçən ilə nisbətən 104 nəfər və ya 52,8 faiz, 54 şəxs və ya 0,4 faiz həbs olunmuşdur ki, bu da keçən ilə nisbətən 155 şəxs və ya 74,2 faiz azalmış, 1021 şəxs və ya 8,3 faizinə digər tənbeh növləri tədbiq edilmişdir ki, bu da keçən ilə nisbətən 302 şəxs və 42,0 faiz artmışdır. Hesabat ilində 480610,0 manat cərimə tədbiq edilmişdir ki, bunun da 18070,0 manatı və ya 3,8 faizi inzibati xəta törətmiş fiziki və hüquqi şəxslər tərəfindən ödənilmişdir. 2017-ci illə müqayisədə müvafiq olaraq tədbiq edilmiş cərimələrin məbləği 9590,0 manat və ya 2,0 faiz, ödənilmiş cərimələrin məbləği isə 17859,0 manat və 49,7 faiz azalmışdır.

Təhlil zamanı aydın olmuşdur ki, cəmi qeydə alınmış inzibati xətaların:

  • 200-ü və ya 1,63 faizi sağlamlıq əleyhinə olan inzibati xətalara görə;
  • 12-si və ya 0,10 faizi əhalinin sanitariya-gigiyena və sanitariya-epidemioloji salamatlığı qaydaları əleyhinə olan inzibati xətalara görə;
  • 34-ü və ya 0,28 faizi ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan inzibati xətalara görə;
  • 3-ü və ya 0,02 faizi damazlıq, baytarlıq-sanitariya qaydaları əleyhinə olan inzibati xətalara görə;
  • 11-i və ya 0,09 faizi hava, dəniz, çay, avtomobil, dəmir yolu nəqliyyatında və metropolitendə olan qaydalar əleyhinə inzibati xətalara görə;
  • 10473-ü və ya 85,38 faizi yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalara görə;
  • 12-si və ya 0,10 faizi yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalara görə;
  • 17-si və ya 0,14 faizi yaşayış sahələrindən istifadə, şəhərsalma, tikinti və abadlaşdırma qaydaları əleyhinə olan inzibati xətalara görə;
  • 1-i və ya 0,01 faizi iqtisadi fəaliyyət qaydaları əleyhinə olan inzibati xətalara görə;
  • 37-si və ya 0,30 faizi ticarət qaydaları əleyhinə olan inzibati xətalara görə;
  • 9-ü və ya 0,07 faizi vergilərin, rüsumların ödənilməsi, maliyyə və sığorta qaydaları əleyhinə olan inzibati xətalara görə;
  • 446-sı və ya 3,64 faizi ictimai qayda, ictimai təhlükəsizlik və ictimai mənəviyyat əleyhinə olan inzibati xətalara görə;
  • 928-i və ya 7,56 faizi idarəçilik qaydaları əleyhinə olan inzibati xətalara görə;
  • 84-ü və ya 0,68 faizi hərbi uçot, hərbi qeydiyyat və səfərbərlik qaydaları əleyhinə olan inzibati xətalardır.

2018-ci ildə tətbiq olunmuş cəmi cərimələrin;

Sağlamlıq əleyhinə olan inzibati xətalara görə 200 şəxs inzibati tənbeh edilmişdir ki, onların da 53 nəfərinə və ya 26,5 faizinə 16150,0 manat məbləğində cərimə tətbiq edilmişdir ki, bunun da 3130,0 manatı və ya 19,4 faizi ödənilmişdir. 147 nəfərinə və ya 73,5 faizinə digər tənbeh növü tətbiq edilmişdir.

Əhalinin sanitariya-gigiyena və sanitariya-epidemioloji salamatlığı qaydaları əleyhinə olan inzibati xətalara görə 12 şəxs inzibati tənbeh edilmişdir ki, onların da hamısına 700,0 manat məbləğində cərimə tətbiq edilmişdir ki, bunun da 550,0 manatı və ya 78,6 faizi ödənilmişdir.

Ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan inzibati xətalara görə 34 şəxs inzibati tənbeh edilmişdir ki, onların da hamısına 8200,0 manat məbləğində cərimə tətbiq edilmişdir ki, bunun da 3220,0 manatı və ya 39,3 faizi ödənilmişdir.

Damazlıq, baytarlıq-sanitariya qaydaları əleyhinə olan inzibati xətalara görə 3 şəxs inzibati tənbeh edilmişdir ki, onların da hamısına 600,0 manat məbləğində cərimə tətbiq edilmişdir. Tətbiq edilmiş cərimənin hamısı ödənilmişdir.

Hava, dəniz, çay, avtomobil, dəmir yolu nəqliyyatında və metropolitendə olan qaydalar əleyhinə inzibati xətalara görə 11 şəxs inzibati tənbeh edilmişdir ki, onların da hamısına 360,0 manat məbləğində cərimə tətbiq edilmişdir.

Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalara görə 10473 şəxs inzibati tənbeh edilmişdir ki, onların da 10454 nəfərinə və ya 99,8 faizinə 402120,0 manat məbləğində cərimə tətbiq edilmişdir. 19 nəfərinə və ya 0,2 faizinə digər tənbeh növü tətbiq edilmişdir.

Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalara görə 12 şəxs inzibati tənbeh edilmişdir ki, onların da hamısına 360,0 manat məbləğində cərimə tətbiq edilmişdir.

Yaşayış sahələrindən istifadə, şəhərsalma, tikinti və abadlaşdırma qaydaları əleyhinə olan inzibati xətalara görə 1 şəxs və ya 5,9 faizinə xəbərdarlıq edilmişdir. 16 şəxs və ya 94,1 faizinə 1430,0 manat məbləğində cərimə tətbiq edilmişdir ki, bunun da 1130,0 manatı və ya 79,0 faizi ödənilmişdir.

İqtisadi fəaliyyət qaydaları əleyhinə olan inzibati xətalara görə 1 şəxs inzibati tənbeh edilmişdir ki, ona da 300,0 manat məbləğində cərimə tətbiq edilmişdir. Tətbiq edilmiş cərimənin hamısı ödənilmişdir.

Ticarət qaydaları əleyhinə olan inzibati xətalara görə 37 şəxs inzibati tənbeh edilmişdir ki, onların da hamısına 2960,0 manat məbləğində cərimə tətbiq edilmişdir ki, bunun da 2800,0 manatı və ya 94,6 faizi ödənilmişdir.

Vergilərin, rüsumların ödənilməsi, maliyyə və sığorta qaydaları əleyhinə olan inzibati xətalara görə 9 şəxs inzibati tənbeh edilmişdir ki, onların da hamısına 450,0 manat məbləğində cərimə tətbiq edilmişdir.

İctimai qayda, ictimai təhlükəsizlik və ictimai mənəviyyat əleyhinə olan inzibati xətalara görə 446 şəxs inzibati tənbeh edilmişdir ki, onların da 207 nəfərinə və ya 46,4 faizinə 19790,0 manat məbləğində cərimə tətbiq edilmişdir ki, bunun da 2550,0 manatı və ya 12,9 faizi ödənilmişdir. 47 nəfərinə və ya 10,5 faizinə inzibati həbs, 192 nəfərinə və ya 43,1 faizinə digər tənbeh növü tətbiq edilmişdir.

İdarəçilik qaydaları əleyhinə olan inzibati xətalara görə 928 şəxs inzibati tənbeh edilmişdir ki, onların da 89 nəfərinə və ya 9,6 faizinə xəbərdarlıq edilmişdir. 169 nəfərinə və ya 18,2 faizinə 23780,0 manat məbləğində cərimə tətbiq edilmişdir ki, bunun da 380,0 manatı və ya 1,6 faizi ödənilmişdir. 7 nəfərinə və ya 0,8 faizinə inzibati həbs, 663 nəfərinə və ya 71,4 faizinə digər tənbeh növü tətbiq edilmişdir.

Hərbi uçot, hərbi qeydiyyat və səfərbərlik qaydaları əleyhinə olan inzibati xətalara görə 84 şəxs inzibati tənbeh edilmişdir ki, onların da 3 nəfərinə və ya 3,6 faizinə xəbərdarlıq edilmişdir. 81 nəfərinə və ya 96,4 faizinə 3410,0 manat məbləğində cərimə tətbiq edilmişdir. Tətbiq edilmiş cərimənin hamısı ödənilmişdir.

Mingəçevir şəhər Statistika idarəsi inzibati xətalara qarşı mübarizənin səmərəliliyini artırmaq üçün müvafiq səlahiyyətli orqanların öz işlərini günün tələblərinə uyğun qurması və əhalinin hüquqi biliklərə yiyələnməsinə, məlumatlandırılmasına nail olmaqda görür.

Şərhlər bağlıdır.