Bizimlə həyatınız həmişə işıqlı olacaq!

2015-ci ilin yanvar – iyun aylarında mehmanxana və mehmanxana tipli müəssisələrin fəaliyyəti

Ölkəmiz zəngin təbiət və iqlimə, ekskursiya və səyahət üçün əlverişli və münbit şəraitə malik olması, son illər Azərbaycana o cümlədən, Mingəçevirə turist axınının və turizm fəaliyyəti ilə məşğul olan müəssisələrin sayının artmasına müsbət təsir göstərmişdir.

01 iyul 2015-ci il tarixinə şəhərdə mövcud olan mehmanxana və mehmanxana tipli müəssisələrin sayı 8 vahid olmuşdur ki, bu da 2014-cü ilin müvafiq dövri ilə müqayisədə eynidir. Onlardan 3-ü dövlət, 5-i isə qeyri-dövlət müəssisəsidir. Mövcud olan müəssisələrdən 2 vahidi 4 ulduzludur.

2015-ci ilin yanvar-iyun aylarında mehmanxana və mehmanxana tipli müəssisələrdə nömrələrin (otaqların) sayı 234 vahid, yerlərin sayı (birdəfəlik tutum) isə 664 yerdir. Nömrələrdən 12 vahidi və ya 5,1%-i lüks nömrə, 95 vahidi və ya 40,6%-i I dərəcəli nömrə, 127 vahidi və ya 54,3%-i isə turist dərəcəli nömrədir. Turistlərin daha çox olduğu dövrdə maksimum istifadə olunan nömrələrin (otaqların) sayı 128 vahid, 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 2 vahid çoxdur. Yerlərin sayı isə 308 yer olmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4 yer çoxdur. Qalan 106 vahid nömrədə və ya 356 yerdə isə məcburi köçkünlər məskunlaşmışdır.

Mehmanxana və mehmanxana tipli müəssisələrdə 2015-ci ilin I yarımilində yerləşdirilən şəxslərin sayı 9488 nəfər olmuşdur ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 2,0 dəfə və ya 4769 nəfər çoxdur. Gecələmələrin sayı isə hesabat dövründə 12065 adam-gecə olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2948 adam-gecə və ya 32,3% çoxdur. Yerləşdirilən şəxslərin sayından 6039 nəfəri və ya 63,6%-i Azərbaycan vətəndaşları, 2224 nəfəri və ya 23,4%-i MDB ölkələrinin vətəndaşları, 1225 nəfəri və ya 12,9% -ni isə digər xarici ölkələrin vətəndaşları təşkil etmişdir.

2015-ci ilin I yarısında mehmanxana və mehmanxana tipli müəssisələrdə yerləşdirilən şəxslərin ölkələrə görə xüsusi çəkisini aşağıdakı diaqramda daha aydın görmək olar.

Hesabat dövründə yerləşdirilən şəxslərin sayından 6039 nəfəri Azərbaycan vətəndaşlarıdır ki, bu da 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 1721 nəfər və ya 39,9%  çoxdur, 2224 nəfəri MDB ölkələrinin vətəndaşlarıdır ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1913 nəfər və ya 7,2 dəfə çoxdur. Digər xarici ölkələrin vətəndaşlarının sayı isə1225 nəfər təşkil etmişdir ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 13,6 dəfə və ya 1135 nəfər çoxdur.

Mehmanxana və mehmanxana tipli müəssisələrdə 2015-ci ilin I yarımilində yerləşdirilən şəxslərin gecələmələrinin sayı isə hesabat dövründə 12065 adam-gecə olmuşdur ki, onun 7974 adam-gecəsini Azərbaycan vətəndaşları təşkil etmişdir ki, bu da ötən ilin müvafiq dövründəkindən 1301 adam-gecə və ya 19,5% çoxdur. 2546 adam-gecəsini MDB ölkələrinin vətəndaşları olmuşdur ki, bu da 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 16,4% və ya 359 adam-gecə çoxdur. Digər xarici ölkələrin vətəndaşlarının gecələmələrinin sayı isə hesabat dövründə 1545 adam-gecə təşkil etmişdir ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 6,0 dəfə və ya 1288 adam-gecə çoxdur.

Mehmanxana və mehmanxana tipli müəssisələrdə 2015-ci ilin yanvar-iyun aylarında yerləşdirilən 9488 şəxsin 7216 nəfəri turizm məqsədi ilə, 2272 nəfəri isə digər məqsədlə səfər etmişlər. Turizm məqsədi ilə səfər edənlərdən 4282 nəfəri və ya 59,3%-i Azərbaycan vətəndaşı, 2018 nəfəri və ya 28,0% MDB ölkələrinin vətəndaşları, 916 nəfəri və ya 12,7%-i isə digər xarici ölkələrin vətəndaşları təşkil etmişlər. Turizm məqsədi ilə səfər edənlərdən 1116 nəfəri və ya 15,5%-i istirahət, əyləncə turizmi, 5800 nəfəri və ya 80,4%-i işgüzar turizm və 300 nəfəri və ya 4,2%-i isə digər turizm üzrə olmuşdur.

Hesabat dövründə digər məqsədlə səfər edənlərin sayı 2272 nəfər olmuşdur ki, onlardan 1757 nəfəri və ya 77,3%-i Azərbaycan vətəndaşı, 206 nəfəri və ya 9,1%-i MDB ölkələrinin vətəndaşları, 309 nəfəri və ya 13,6%-i isə digər xarici ölkələrin vətəndaşları təşkil etmişdir.

Mehmanxana və mehmanxana tipli müəssisələrdə yaşama müddətinə görə yerləşdirilmiş şəxslərdən 8875 nəfəri və ya 93,5%-i 1-3 gecə, 513 nəfəri və ya 5,4%-i 4-7 gecə, 100 nəfəri və ya 1,1%-i isə 8-28 gecə təşkil etmişdir.

2015-ci ilin yanvar-iyun aylarında mehmanxana və mehmanxana tipli müəssisələrdə yerləşdirilmiş xarici ölkə vətəndaşlarının sayı 3449 nəfər olmuşdur. Onlardan 165 nəfəri və ya 4,8%-i ABŞ vətəndaşı, 818 nəfəri və ya 23,7%-i Almaniya vətəndaşı, 200 nəfəri və ya 5,8%-i Birləşmiş Krallıq vətəndaşı, 2 nəfəri və ya 0,06%-i Bolqarıstan vətəndaşı, 5 nəfəri və ya 0,14%-i Çexiya Respublikası vətəndaşı, 5 nəfəri və ya 0,14%-i Fransa vətəndaşı, 18 nəfəri və ya 0,5 %-i Gürcüstan vətəndaşı, 1863 nəfəri və ya 54,0% Rusiya Federasiyası vətəndaşı, 9 nəfəri və ya 0,26%-i Türkiyə vətəndaşı, 361 nəfəri və ya 10,5%-i Ukrayna vətəndaşı,          3 nəfəri və ya 0,1%-i Yaponiya vətəndaşı təşkil etmişdir.

Mehmanxana və mehmanxana tipli müəssisələrin hesabat dövründə məhsul (xidmət) satışından əldə etdiyi gəliri 866,5 min manat olmuşdur ki, bu da əvvəlki ilin hesabat dövrü ilə müqayisədə 338,2 min manat və ya 64,0% çoxdur. Mehmanxana və mehmanxana tipli müəssisələrin fəaliyyətlərindən əldə olan gəlirin 720,5 min manatı və ya 83,1%-i nömrələrin satışından, 119,5 min manatı və ya 13,8%-i içkilərdə daxil edilməklə qida məhsullarının satışından və 26,5 min manatı və ya 3,1%-i isə digər gəlirlərin hesabına olmuşdur.

Mehmanxana və mehmanxana tipli müəssisələrdə hesabat dövründə nömrələrin satışından əldə olan gəlir 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 273,3 min manat və ya 61,1% çox, içkilərdə daxil edilməklə qida məhsullarının satışından əldə olan gəlir 81,4 min manat və ya 3,1 dəfə çox və digər gəlirlər isə 16,5 min manat və ya 38,4%-i az olmuşdur.

2015-ci ilin yanvar-iyun aylarında mehmanxana və mehmanxana tipli müəssisələrdə məhsul (xidmət) istehsalına çəkilən xərclərin məbləği 733,9 min manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 367,4 min manat və ya 2,0 dəfə çoxdur.

Hesabat dövründə mehmanxana və mehmanxana tipli müəssisələrdə məhsul (xidmət) istehsalına çəkilən xərclərin 28,7 min manatı və ya 3,9%-i avadanlıq və inventarların alınmasına, 130,8 min manatı və ya 17,8%-i içkilərin və yeməklərin hazırlanması üçün alınan mallara çəkilən xərclər, 120,0 min manatı və ya 16,3%-i bütün növ yanacaq və enerji xərcləri, 4,3 min manatı və ya 0,6%-i suyun alınmasına, 24,6 min manatı və ya 3,4%-i icarə ödəmələri, 251,1 min manatı və ya 34,2%-i əmək haqqı xərcləri, 55,6 min manatı və ya  7,6%-i bütün növ sosial sığortalar üzrə ayırmalar, 1,2 min manatı və ya 0,2%-i əsas vəsaitlərin cari təmirinə sərf olunan xərclər, 117,6 min manatı və ya 16,0%-i isə digər xərclər təşkil etmişdir.

2014-cü ilin I yarımili ilə müqayisədə hesabat dövründə mehmanxana və mehmanxana tipli müəssisələrdə məhsul (xidmət) istehsalına çəkilən xərclərdən avadanlıq və inventarların alınmasına 12,8 min manat və ya 80,5% çox, içkilərin və yeməklərin hazırlanması üçün alınan mallara çəkilən xərclər 57,6 min manat və ya 78,7% çox, bütün növ yanacaq və enerji xərcləri 64,6 min manat və ya 2,2 dəfə çox, suyun alınmasına 0,3 min manat və ya 6,5% az, əmək haqqı xərcləri 111,8 min manat və ya 80,3% çox, bütün növ sosial sığortalar üzrə ayırmalar 23,5 min manat və ya 73,2% çox, digər xərclər 96,4 min manat və ya 5,5 dəfə çox, icarə ödəmələri isə olduğu kimi qalmışdır.

2015-ci ilin I yarımili üzrə şəhərdə olan mehmanxana və mehmanxana tipli müəssisələrdə çalışan işçilərin orta siyahı sayı 142 nəfər olmuşdur ku, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 3 nəfər çoxdur. Mehmanxana və mehmanxana tipli müəssisələrdə çalışan işçilərə hesablanmış orta aylıq əmək haqqının məbləği 147,4 manat olmuşdur ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 63,9 manat və ya 76,5% çox olmuşdur.

Şərhlər bağlıdır.