2015-ci ilin birinci yarımilində şəhər əhalisinə cəmi 24767,0 min manatlıq pullu xidmət, o cümlədən 3836,6 min manatlıq məişət xidməti göstərilmişdir. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə faktiki qiymətlərdə cəmi pullu xidmətlər 1843,2 min manat və ya 8,0%, müqayisəli qiymətlərlə isə 317,8 min manat və ya 1,3%, o cümlədən məişət xidmətləri faktiki qiymətlərlə 789,1 min manat və ya 25,9%, müqayisəli qiymətlərlə isə 26,7 min manat və ya 0,7% çoxdur.
2015-ci ilin I yarımilində əhaliyə göstərilən pullu xidmətlərin həcmində fiziki şəxslərin xüsusi çəkisi 69,1%, rəsmi qeydiyatdan keçmiş dövlət mülkiyyəti müəssisələrinin xüsusi çəkisi 29,2%, rəsmi qeydiyatdan keçmiş qeyri-dövlət mülkiyyəti müəssisələrinin xüsusi çəkisi isə 1,7% təşkil etmişdir.
Hesabat dövründə əhaliyə göstərilən pullu xidmətlərin həcmində (məişət xidməti daxil olmaqla) qeyri-dövlət mülkiyyəti müəssisələrinin (fiziki şəxslərdə daxil olmaqla) həcmi 17536,3 min manat, xüsusi çəkisi isə 70,8% təşkil etmişdir.
Cari ilin birinci yarımilində əhaliyə göstərilən pullu xidmətlərin həcmində (məişət xidməti daxil olmaqla) dövlət mülkiyyəti müəssisələrinin payı 7230,7 min manat və ya 29,2% olmuşdur ki, bu da ötən ilin müvafiq dövründən faktiki qiymətlərlə 9,4% və ya 619,6 min manat, müqayisəli qiymətlərlə isə 1,3% və ya 92,8 min manat çoxdur.
Hüquqi şəxslər tərəfindən 2015-ci ilin birinci yarımilində məişət xidməti də daxil olmaqla əhaliyə göstərilən pullu xidmətlərin həcmi 7664,1 min manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən faktiki qiymətlərlə 2,6% və ya 195,6 min manat, müqayisəli qiymətlərlə isə 1,3% və ya 98,4 min manat çox deməkdir.
Əsas fəaliyyət növü ticarət olan müəssisələr tərəfindən əhaliyə 2015-ci ilin birinci yarımilində 158,8 min manatlıq pullu xidmətlər göstərilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövründən faktiki qiymətlərlə 4,0 min manat və ya 2,6%, müqayisəli qiymətlərlə isə 2,0 min manat və ya 1,3% çoxdur.
Digər sahələrin (sənaye, kənd təsərrüfatı, tikinti, sosial və s.) müəssisələri tərəfindən hesabat dövründə əhaliyə 7505,3 min manatlıq pullu xidmət göstərilmişdir ki, bu da 2014-cü ilin müvafiq dövrünə nisbətən faktiki qiymətlərlə 191,6 min manat və ya 2,6%, müqayisəli qiymətlərlə isə 367,4 min manat və ya 5,1% çoxdur.
Hüquqi şəxslər tərəfindən əhaliyə göstərilən pullu xidmətlərin həcmində qeyri ticarət təşkilatlarının xüsusi çəkisi 97,9% təşkil etmişdir.
Fiziki şəxslər tərəfindən hesabat dövründə əhaliyə 17102,9 min manatlıq pullu xidmətlər göstərilmişdir ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən faktiki qiymətlərlə 10,7% və ya 1647,6 min manat çox, müqayisəli qiymətlərlə isə 1,3% və ya 219,5 min manat çox deməkdir.
Cari ilin birinci yarımilində şəhər əhalisinə 3836,6 min manatlıq məişət xidməti göstərilmişdir ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 789,1 min manat və ya 25,9%, müqayisəli qiymətlərlə isə 26,7 min manat və ya 0,7% çoxdur.
Əhaliyə göstərilən məişət xidmətinin həcmində dövlət mülkiyyəti müəssisələrinin payı 13,3 min manat və ya 0,3% olmuşdur ki, bu da ötən ilin müvafiq dövründən faktiki qiymətlərlə 9,7 min manat və ya 3,7 dəfə çox, müqayisəli qiymətlərlə 0,1 min manat və ya 0,8% çoxdur.
Hesabat dövründə əhaliyə göstərilən məişət xidmətinin həcmində qeyri-dövlət mülkiyyətli müəssisələrin payı 3823,3 min manat, xüsusi çəkisi isə 99,7% olmuşdur.
Hüquqi şəxslər tərəfindən 2015-ci ilin birinci yarımili ərzində əhaliyə göstərilən məişət xidmətlərin həcmi 45,6 min manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən faktiki qiymətlərlə 15,1 min manat və ya 24,9% az, müqayisəli qiymətlərlə isə 0,3 min manat və ya 0,7% çoxdur.
Əsas fəaliyyət növü ticarət olan müəssisələr tərəfindən əhaliyə hesabat dövründə 32,3 min manatlıq məişət xidmət göstərilmişdir ki, bu da əvvəlki ilin eyni dövründən faktiki qiymətlərlə 0,9 min manat və ya 2,9%, müqayisəli qiymətlərlə isə 0,2 min manat və ya 0,6% çoxdur.
Digər sahələrin (sənaye, kənd təsərrüfatı, tikinti, sosial və s.) müəssisələri tərəfindən əhaliyə 13,3 min manatlıq məişət xidməti göstərilmişdir ki, bu da 2014-cü ilin müvafiq dövrünə nisbətən faktiki qiymətlərlə 16,0 min manat və ya 2,2 dəfə az, müqayisəli qiymətlərlə isə 0,1 min manat və ya 0,8% çoxdur.
Hüquqi şəxslər tərəfindən əhaliyə göstərilən məişət xidmətlərinin həcmində qeyri ticarət təşkilatlarının xüsusi çəkisi 29,2% təşkil etmişdir.
Fiziki şəxslər tərəfindən hesabat dövründə əhaliyə 3791,0 min manatlıq məişət xidməti göstərilmişdir ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən faktiki qiymətlərlə 26,9% və ya 804,2 min manat, müqayisəli qiymətlərlə isə 0,7% və ya 26,4 min manat çox deməkdir.
Şərhlər bağlıdır.