18 dövlət orqanında inzibati vəzifələri kim tutacaq?
Aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin müdiri Afaq Hüseyn və həmin şöbənin məsləhətçisi Anar Mirzəyev, qəbul üzrə mütəxəssis İradə Cabbarova Mingəçevir Politexnik İnsitutunda bu il məzun olacaq bakalavrlarla görüşüblər. A.Hüseyn qeyd edib ki, indiyə kimi komissiyaya 40000 insan sənəd verib, Aprelin 1-nə komissiya tərəfindən 18 dövlət orqanında inzibati vəzifələrin beşinci – yeddinci təsnifatlarına uyğun olan 440 vakant dövlət qulluğu vəzifələrini tutmaq üçün yeni müsabiqə elan olunub.
A.Mirzəyev isə müsabiqələr zamanı dövlət qulluğuna qəbulun şərtləri, vəzifə seçimi zamanı nələrə diqqət edilməsi, xüsusən vəzifəyə qoyulan ixtisas və staj tələbi, sənədlərin hansı formada təqdim olunması barədə ətraflı məlumat verib.
MPİ-nin rektoru Akif Hacıyev belə görüşlərin bu ilki bakalavrların gəlcək həyatında əhəmiyyətli olacağını vurğulayıb.
***
“Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya 2005-ci ildən fəaliyyət göstərir. Məqsədimiz potensialı olan gənclərimizi layiqli işlə təmin etmək, köhnə sterotipləri qırmaq –yəni tanışım, qohumum var, məni işə düzəldəcək fikrini beyinlərdən silməkdir. Kommisiya ildə bir neçə dəfə vakant yerlərə müsabiqə elan edir”- Dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin müdiri Afaq Hüseyn aprelin 10-da Mingəçevir Gənclər Evində gənclərlə görüşü zamanı belə deyib.
Dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin məsləhətçisi Anar Mirzəyev qeyd edib ki, şəffaflığın və obyektivliyin qorunması üçün 1-ci mərhələdə test imtahanlarını online izləmək mümkündür. Müsahibə mərhələsində isə şəxsin razılığı ilə söhbət videolentə yazılır.
Hər iki görüş zamanı komissiyanın fəaliyyətini, eyni zamanda vəzifə seçərkən zəruri informasiyanı özündə əks etdirən bukletlər təqdim olunub və gənclərin sualları cavablandırılıb.
A.Kosayeva
Şərhlər bağlıdır.