APA TV-nin Mingəçevir bürosunun məlumatına görə, rayonun Düzqışlaq kəndindəki musiqi məktəbində 13-14 əsr əvvəl istifadə edilən çağanaq, qoşqa rübab, qopuz, bas tar və digər alətlərə xüsusi maraq var. Müasir kamança, tar və digər alətlərin əcdadı hesab edilən bu alətlərdə şagirdlər həvəslə ifa edir.
Məktəbdə artıq 24 ildir sadalanan alətlərdən ibarət ansambl fəaliyyət göstərir.
Məktəbin müəllimi Vasif İsmayılov belə ansamblın yalnız Goranboyda fəaliyyət göstərdiyini deyir.
Ansambl müxtəlif tədbirlərdə çıxış edib, ifaları maraqla qarşılanıb. Məktəbə gələn şagirdlərin sayının ilbəil artması da bunu təsdiqləyir. Şagirdlərdən əlavə bu alətlərə baxmaq üçün hətta digər bölgələrdən də gələnlər var.
Şərhlər bağlıdır.