Əksəriyyət deputatdan iş istədi
Aydın Mirzəzadə Mingəçevirdə seçicilərini ənənəvi qaydada qəbul edib
Koronavirus pandemiyası ilə əlaqədar məhdudiyyətlərin böyük əksəriyyəti aradan qaldırıldıqdan sonra 47 saylı Mingəçevir seçki dairəsinin deputatı Aydın Mirzəzadə seçicilərini ənənəvi qaydada qəbul edib. Qəbula gələn 43 şəhər sakininin problemləri dinlənilib, bir qisminə məsləhət verilib, bir neçəsinə yerində kömək olunub, bir qisminin qaldırdığı məsələlər qeydiyyata götürülərək, müvafiq orqanlarla yönəldilib.
Qəbula gələnlərin əksəriyyəti işsizlik problemi ilə bağlı müraciət ediblər.
Şərhlər bağlıdır.