Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevirli gənc atalar övladlarını sevirmi?

“ATAM MƏNİ SEVİR – Məsuliyyətli Atalığın Əhəmiyyətinin Aşılanması” layihəsi çərçivəsində 1-2 mart 2021-ci ildə Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) təşkilatçılığı ilə Mingəçevirdə, Heydər Əliyev Mərkəzində gənc atalar üçün seminarlar keçirilib. Onlar gender stereotipləri və sosial normalar, qız və oğlan uşaqlarının fiziki və psixoloji inkişafı, patriarxal norma və inanclar çərçivəsində məsuliyyətli atalıq, ata və ananın ailədəki davranışları və uşaqlara təsiri, ailədəki münasibətlərdə cinsi ayrı-seçkiliyin mənfi rolu kimi mövzularda məlumatlandırılaraq müzakirələrdə iştirak ediblər.

Layihə çərçivəsində Mingəçevir şəhəri ilə yanaşı Lənkəran, Sumqayıt və Bakı şəhərlərində də gənc atalar üçün aşağıda qeyd olunan tarixlərdə oflayn seminarlar nəzərdə tutulub:

Sumqayıt – 10-11  mart;

Lənkəran – 13-14 Mart;

Bakı – 16-17  Mart 2021.

Qeydiyyat üçün: https://cutt.ly/qkZzeQD

Qeyd edək ki, “ATAM MƏNİ SEVİR – Məsuliyyətli Atalığın Əhəmiyyətinin Aşılanması” layihəsi Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin Qadınlar üzrə Agentliyi (UN Women) və BMT-nin Əhali Fondunun (UNFPA) birgə həyata keçirdiyi “EU4GenderEquality: Birlikdə gender stereotiplərinə və gender-əsaslı zorakılığa qarşı” proqramı çərçivəsində NAYORA tərəfindən təşkil edilməkdədir.

Şərhlər bağlıdır.