Mingəçevir şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin maliyyə failiyyəti barədə hesabat
MİNGƏÇEVİR ŞƏHƏR MƏNZİL-KOMMUNAL TƏSƏRRÜFATI BİRLİYİ -nin rəhbərliyinə və Cəmiyyətin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslərə Müstəqil Auditorun Hesabatı
Rəy
Biz MİNGƏÇEVİR ŞƏHƏR MƏNZİL-KOMMUNAL TƏSƏRRÜFATI İSTEHSALAT BİRLİYİ-nin 31 dekabr 2019- cu il və 31 dekabr 2018 ci il tarixlərinə təqdim edilən ilkin maliyyə vəziyyəti haqqında hesabatdan və həmin tarixlərdə başa çatan illər ürzrə mənfəət və ya zərər və digər ümumi gəlirlər,ilkin kapitalda dəyişikliklər və ilkin pul vəsaitlərinin hərəkəti haqqında hesabatlardan eləcə də əsas uçot siyasətinin və digər izahedici məlumatların xülasəsindən ibarət olan ilkin maliyyə hesabatlarının audit yoxlanmasını apardıq. Bizim rəyimizcə, hazırkı ilkin maliyyə hesabtları Cəmiyyətin 31 dekabr 2019- cu il və 31 dekabr 2018 ci il tarixlərinə maliyyə vəziyyətini və həmin tarixlərdə başa çatan illər üzrə maliyyə nəticələrini və pul vəsaitlərinin hərəkətini bütün əhəmiyyətli aspektlər baxımından Maliyyə Hesabatlarının Beynəlxalq Standartına (“MHBS”) uyğun olaraq düzgün əks etdirir.
Rəyin bildirilməsi üçün əsas
Biz auditi Beynəlxalq Audit Standartlarına uyğun aparmışıq. Bu standartlar üzrə bizim məsuliyyət rəyimizin ”İlkin maliyyə hesabatlarının auditinə görə auditorun məsuliyyəti” bölməsinə əks etdirilir.
Biz Mühasiblər üçün Beynəlxalq Etika Standartları Şurasının dərc etdiyi Peşəkar Mühasiblərin Etika Məcəlləsinə uyğun olaraq Cəmiyyətdən aslı olmadan müstəqil şəkildə fəaliyyət göstəririk.
İzahedici paraqraf
Rəyimizdə şərt bildirmədən biz diqqəti MHBS-ə uyğun yekun maliyyə hesabatlarına çevrilənə qədər ilkin maliyyə hesabatlarında düzəlişlərin aparıla bilməsinin səbəblərini izah edən ilkin maliyyə hesabatlarına dair 3-cü Qeydə cəlb edirik. Bundan əlavə, diqqətinizi bu fakta cəlb edirik ki, MHBS-ə uyğun olaraq,yalnız müqayisəli maliyyə məlumatı və izahlı qeydlər daxil olmaqla ilkin maliyyə hesabatlarının tam toplusu Cəmiyyətin maliyyə vəziyyətinin ,əməliyyatlarının nəticələrinin və pul vəsaitlərinin hərəkətlərini MHBS əsasında düzgün əks etdirilməsini təmin edə bilr.
İlkin maliyyə hesabatlarına görə rəhbərliyin və Cəmiyyətin idarəedilməsi cavabdeh olan səlahiyyətli şəxslərin məsuliyyəti
Rəhbəklik hazırki maliyyə hesabatlarının Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq hazırlanması və düzgün təqdim edilməsi,eləcə də fırıldaqçılıq və yaxud səhv nəticəsində yaranmasından aslı olmayaraq, əhəmiyyətli təhriflər olmayan ilkin maliyyə hesabatalarının hazırlanması üçün rəhbərliyin zəruri hesab etdiy daxili nəzarət sisteminə görə məsuliyyət daşıyır.
İlkin maliyyə hesabatlarının hazırlanması zamanı rəhbərlik, Cəmiyyəti ləğv etmək və ya onun fəaliyyətini dayandırmaq istəyi yaxud bundan başqa hər hansı digər real alternativ olmadığı hallar istisna olmaqla, Cəmiyyətin öz fəaliyyətini fasiləsiz davam etdirmək qabiliyyətinin qiymətləndirilməsi,uyğun olduqa fəaliyyətin fasiləsizliyi ilə bağı məlumatların açıqlanması və fəaliyyətin fasiləsizliyi prinsipinə əsasən maliyyə hesabatlarının hazırlanmasına görə məsuliyyət daşıyır. Cəmiyyətin idarəedilməsinı cavabdeh olan səlahiyyətli şəxslər Cəmiyyətin ilkin maliyyə hesabatlarının hazırlanması prosesinə nəzarət üçün məsuliyyət daşıyırlar.
İlkin maliyyə hesabatlarının auditinə görə auditorun məsiluyyəti
Bizim məqsədimiz saxtakarlıq səhv nəticəsində yaranmasından asılı olmayaraq, ilkin maliyyə hesabatlarında əhəmiyyətli səhvlərə yol verlimədiyinə dair kifayət qədər əminlik əldə etmək və rəyimizi özündə əsk etdirən auditor hesabatının hazırlamasından ibarətdir. Kifayət qədər əminlik dedikdə yüksək əminlik səviyyəsi nəzərdə tutulur. Lakin belə əminlik səviyyəsi Beynəlxalq Audit Standartlarına uyğun auditin aparılması zamanı bütün əhmiyyətli təhriflərin aşkar olunacağına zəmanət vermir.Fırıldaqçılıq və ya səhv nəticəsində yarana biləcək təhriflər o halda əhmiyyətli hesab edilir ki, onlar ayrı-ayrılıqda və ya bütövlükdə ilkin maliyyə hesabatları əsasında istifadəçilərin qəbul etdikləri iqtisadi qərarlara təsir göstərə bilsin.
Beynəlxalq Audit Standartlarına uyğun aparılmış audit çərçivəsində biz auditin apardığı bütün müddət ərzində peşakar mülahizələr irəli sürür və peşəkar skeptisizmi saxlayırıq. Bundan əlavə biz:
- Saxtakarlıq yaxud səhv nəticəsində yaranmasımdan aslı olmayaraq ilkin maliyyə hesabatlarını əhəmiyyətli dərəcədə təhrif edilməsi risklərini müəyyən edir və qiymətləndirir, bu risklərə qarşı audit prosedurları işləyib hazırlayıb və tətbiq edir;rəyimizin bildirilməsi üçün yetərli və müvafiq asası təmin edən audit sübutu əldə edirik. Fırıldaqçılıq nəticəsində yaranan əhmiyyətli təhrifllərin aşkar edilməməsi riski səhv nəticəsinə yaranan əhəmiyyətli təhriflərin aşkar edilməməsi riskindən yüksəkdir. Belə ki, fırıldaqçılıq gizli sövdələşmə, saxtakarlıq, məlumatların bilərkən göstərilməsi, təhrif edilmiş şəkildə təqdim edilməsi və ya daxili nəzarət sistemində sui-istifadə hallarını nəzərdə tutur.
- Cəmiyyətin daxili nəzarət sisteminin effektivliyi baradə rəy bildirmək üçün deyil,şəraitə uyğun audit prosedurlarının işlənib hazırlanması məqsədilə audit üçün əhəmiyyətli olan daxili nəzarət sistemi üzrə məlumat əldə edirik. Tətbiq edilən uçot siyasətlərinin uyğunluğunu, uçot təxminlərinin və rəhbərlik tərəfindən hazırlanmış müvafiq açıqlamaların əsaslı olduğunun qiymətləndiririk.
- Fəaliyyətin fasiləsizliyi ilə bağlı rəhbərliyin mülahizələrinin uyğunluğu və əldə edilmiş audit sübutlarına əsasən Cəmiyyətin fasiləsiz fəaliyyət gösətmək qabiliyyəti ilə bağlı əhmiyyətli dərəcədə şübhə yarada biləcək hadisə və şərait üzrə qeyi –müəyyənliyin mövcud olub-olmaması dair fikir bildiririk. Əhəmiyyətli qeyri-müəyyənliyi mövcud olduğun barədə nəticəyə gəldikdə, biz auditor rəyimizdə diqqəti ilkin maliyyə hesabatlarındakı müvafiq açıqlamalara cəlb etməli, belə açıqlamalar yetərli olmadıqda, rəyimiz i dəyişdirməliyik. Nəticələrimiz auditor hesabatının tarixinədək əldə edilmiş audit sübutlarına əsaslanır. Lakin gələcək hadisə və şəraitlər Cəmiyyətin fasiləsiz fəaliyyət göstərmək qabiliyyətini dayandırmasına səbəb ola bilər.
- İlkin maliyyə hesabatlarının ümumi təqdimatını, strukturunu və məzmunu, o cümlədən açıqlamaları və ilkin maliyyə hesabtlarında mövcud əməliyyatlar və hadisələrin düzgün təqdim edilməsini qiymətləndiririk.
Biz digər məsələlərdə yanaşı, planlaşdırılan audit prosedurların həcimi və vaxtı,əhəmiyyətli audit nəticələri, eləcə də audit prosesində müəyyən etdiyimiz daxili nəzarət sistemindəki əhəmiyyətrli çatışmazlıqlar barədə məlumat təqdim edirik.
17 Noyabr 2020-ci il Bakı, Azərbaycan Respublikası
İlkin maliyyə hesabatları
MİNGƏÇEVİR ŞƏHƏR MKTİB 31 dekabr 2019-cu il və 31 dekabr 2018-ci il
İlkin maliyyə vəziyyəti haqqında hesabat (Məbləğlər Azərbaycan manatı ilə təqdim edilir)
31 dekabr 2019-cu il | 31 dekabr 2018-ci il | 31 dekabr 2017-ci il | |
Aktivlər | |||
Uzunmüddətli aktivlər | |||
Əsas vəsaitlər | 438,793 | 460,619 | 484,440 |
Qeyri maddi aktivlər | 72 | 72 | 72 |
Cəmi uzunmüddətli aktivlər | 438,865 | 460,691 | 484,512 |
Cari aktivlər | |||
Mal-material ehtiyyatları | 42,984 | 49,058 | 34,261 |
Ticarət və digər debitor borcları | 413,514 | 412,593 | 414,121 |
Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri | 2,337 | 18,210 | 1,182 |
Digər aktivlər | 185,168 | 153,484 | 148,459 |
Cəmi cari aktivlər | 644,003 | 633,345 | 598,023 |
Cəmi aktivlər | 1,082,868 | 1,094,036 | 1,082,535 |
Kapital və öhdəliklər | |||
Kapital | |||
Nizamnamə kapitalı | 643,974 | 644,232 | 644,232 |
Bölüşdürülməmiş mənfəət | – | – | – |
Cəmi kapital | 643,974 | 644,232 | 644,232 |
Öhdəliklər | |||
Cari öhdəliklər | |||
Ticarət və digər kreditor borcları | 321,324 | 329,420 | 369,289 |
Dövlət büdcəsinə vergi öhdəlikləri | – | — | – |
Digər öhdəliklər | 117,570 | 120,384 | 69,014 |
Cəmi cari öhdəliklər | 438,894 | 449,804 | 438,303 |
Cəmi kapital və öhdəliklər | 1,082,868 | 1,094,036 | 1,082,535 |
İlkin mənfəət və ya zərər və digər məcmu gəlir haqqında hesabat (Məbləğlər Azərbaycan manatı ilə təqdim edilir)
31 dekabr 2019-cu il tarixində başa çatan il | 31 dekabr 2018-ci il tarixində başa çatan il | |
Gəlirlər | 481,497 | 509,823 |
Maya dəyəri | (-) | (-) |
Ümumi mənfəət | 481,497 | 509,823 |
Ümimi və inzibati xarclər | (512,064) | (513,675) |
Vergidən əvvəlki mənfəət(zərər) | (30,567) | (3,852) |
Mənfəət vergisi xərci | (-) | (-) |
İl üzrə xalis mənfəət(zərər) | (30,567) | (3,852) |
İl üzrə mənfəət və cəmi məcmu gəlir | (30,567) | (3,852) |
İlkin pul vəsaitlərinin hərəkəti haqqlnda hesabat (Məbləğlər Azərbaycan manatı ilə təqdim edilir)
Əlavə kapital | Nizamnamə kapitalı | Bölüşdüdülməmiş
mənfəət |
Cəmi
kapital |
|
31 dekabr 2017-ci il | 644,232 | – | 644,232 | |
il üzrə xalis mənfəət (zərər) | (3,852) | (3,852) | ||
Sair ümumi gəlir/xərc | 3,852 | 3,852 | ||
31 dekabr 2018-ci il tarixinə | 644,232 | – | 644,232 | |
İl üzrə xalis mənfəət (zərər) | (30,567) | (30,567) | ||
Sair ümumi gəlir/xərc | 30,567 | 30,567 | ||
31 dekabr 2019-cu il tarixinə | 643,974 | – | 643,974 |
İlkin pul vəsaitlərinin hərəkəti haqqlnda hesabat (Xüsusi göstərilmiş hallar istisna olmaqla,məbləğlər Azərbaycan manatı ilə təqdim edilir)
31 dekabr 2019-cu il tarixində başa çatan il | 31 dekabr 2018-ci il tarixində başa çatan il | |
Əməliyyat fəaliyyəti | ||
Vergidən əvvəlki mənfəət | (30,567) | (3,852) |
Vergidən əvvəl mənfəəti xalis pul vəsaitlərinin hərəkəti ilə üzləşdirmək məqsədilə aparılmış qeyri-nağd düzəlişlər: | ||
Əsas vəsaitlərin köhnəlməsi | 21,640 | 23,821 |
Dövriyyə vəsaitlərində dəyişikliklər | ||
Mal-material ehtiyatlarında artım(azalma) | 6,074 | (14,797) |
Ticarət və digər debitor borclarında artım(azalma) | (921) | 1,528 |
Digər aktivlərdə azalma(artım) | (31,684) | (5,025) |
Kreditor borclarında artım(azalma) | (8,096) | (39,869) |
Digər öhdəliklərdə azalma(artım) | (2,814) | 51,370 |
Ödənilmiş mənfəət vergisi | (-) | (-) |
Əməliyyat fəaliyyəti üzrə əldə edilən xalis pul vəsaitləri | (46,368) | 13,176 |
İnvestisiya fəaliyyəti | ||
Əsas vəsaitlərin alınması | (1,086) | – |
Əsas vəsaitlərin satışından daxilolma | 1,158 | – |
İnvestisiya fəaliyyətində istifadə edilən xalis pul vəsaitləri | (72) | – |
Maliyyələşdirmə fəaliyyəti | ||
Sair ümumi gəlir/xərc | 30,567 | 3,852 |
Maliyyələşdirmə fəaliyyəti üzrə əldə edilən xalis pul vəsaitləri | 30,567 | 3,852 |
Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentində xalis artma (azalma) | 15,873 | 17,028 |
Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri-ilin əvvəlində | 18,210 | 1,182 |
Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri-ilin sonuna | 2,337 | 18,210 |
17 Noyabr 2020-ci il tarixində Cəmiyyətin adından imzalanmış və buraxılmış üçün təsdiqlənmişdir.
Direktor Malliyyə meneceri |
Şərhlər bağlıdır.