Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Zelenski ABŞ-la Rusiya arasında yeni danışıqları təsdiqləyib

Yeni mərhələdə əsas müzakirə mövzusu Donbasda azad iqtisadi zona təşəbbüsü olacaq; tərəflər bu ideyaya ehtiyatla yanaşır

35

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-ın Rusiya ilə yeni danışıqlar mərhələsini təşkil etmək təklifini qəbul etdiyini açıqlayıb. Yeni müzakirələrin gələn həftənin əvvəlində — fevralın 17-si və ya 18-i baş tutması gözlənilir.

Danışıqların əsas mövzusu ABŞ-ın Donbasda azad iqtisadi zona yaratmaq təşəbbüsü olacaq. Zelenski bildirib ki, həm Kiyev, həm də Moskva bu ideyaya ehtiyatla yanaşır. “Tərəflərdən heç biri azad iqtisadi zona ideyasını tam dəstəkləmir — nə ruslar, nə də biz. Fikir ayrılıqlarımız var,” — deyə Ukrayna lideri əlavə edib.

“Bloomberg”in məlumatına görə, Rusiyanın ABŞ-a nümayəndə göndərib-göndərməyəcəyi hələ dəqiqləşməyib. Ötən mərhələdəki məsləhətləşmələr isə BƏƏ-də həyata keçirilib.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.