Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Zelenski ABŞ-ın planını açıqladı

Vaşinqton Ukraynadakı müharibənin yaya qədər başa çatmasını istəyir

57

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-ın Rusiya-Ukrayna müharibəsinin yay mövsümünə qədər bitirilməsində maraqlı olduğunu bildirib.

Dövlət başçısı jurnalistlərə açıqlamasında qeyd edib ki, Vaşinqtonun təqdim etdiyi yanaşma məhz bu vaxt çərçivəsinə hesablanıb.

“Onlar müharibənin yayın əvvəlinə qədər başa çatmasını təklif edirlər. Görünür, bu qrafik əsasında bizə təzyiqlər də ola bilər. Niyə məhz yay? Düşünürük ki, burada ABŞ üçün daxili siyasi məsələlər daha ön plana çıxır”, – deyə Zelenski vurğulayıb.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.