Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Zamanovlar ailəsi yas məclisini xeyriyyə tədbirinə çevirdi

Koronavirusla əlaqədra insanların bir araya toplaşması yoluxma riskini artırdığından yas məclislərinin keçirilməsi tövsiyə olunmadığından Mingəçevirdə yaşayan Zamanovlar ailəsi yeni bir ənənənin əsasını qoyub. Ürək çatışmazlığından vəfat etmiş  həkim Aybəniz Zamanovanın həyat yoldaşı və övladları onun yas məclisini xeyirxah bir qaydada qeyd ediblər. Onlar şəhərdə sərtləşmiş karantin rejiminə görə müvəqqəti olaraq işini itirmiş 100-ə yaxın aztəminatlı ailəyə, şəhid və Qarabağ müharibəsi veteranlarının ailələrinə ərzaq yardımı paylayıblar.

Ailə başçısı deyib ki, hazırkı məqamda hüzürü düşənləri yas məclisləri təşkil edib insanların həyatını riskə atmamalıdırlar, əksinə, imkansız ailələrə dəstək olmaqla daha böyük savab qazanmağa çalışmalıdırlar. Zamanovlar ailəsinin təşəbbüsü şəhərin dini icması və əhalisi tərəfindən təqdir edilir.

Şərhlər bağlıdır.