Zəngilana Böyük Qayıdış davam edir
Məmmədbəyli kəndinə daha 30 ailə – 144 sakin yola salındı
Prezident İlham Əliyevin tapşırığına əsasən, işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış prosesi ardıcıl şəkildə davam etdirilir. Son mərhələdə Zəngilan rayonunun Məmmədbəyli kəndinə daha 30 ailə – ümumilikdə 144 nəfər – yola salınıb.
Doğma torpaqlarına qovuşan sakinlər göstərilən yüksək qayğı və yaradılan şəraitə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıq ediblər. Onlar həmçinin ölkəmizin ərazi bütövlüyünü təmin edən Azərbaycan Ordusuna təşəkkürlərini ifadə edib, şəhidlərimizin xatirəsini ehtiramla anıblar.
Xatırladaq ki, Məmmədbəyliyə köçürülən ailələr uzun illər respublikanın müxtəlif şəhərlərində – əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış sakinlərdir.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.