Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Yunanıstanda qanunsuz miqrant daşınmasında şübhəli bilinən azərbaycanlı saxlanıldı

39 yaşlı şəxs Türkiyədən Lesbos adasına 31 nəfəri qayıqla gətirməkdə ittiham olunur, faktla bağlı araşdırma aparılır

44

Yunanıstanın Sahil Mühafizəsi Egey dənizində miqrantların qanunsuz daşınmasında iştirak etdiyi ehtimal edilən Azərbaycan vətəndaşını saxlayıb.

Yunanıstan mediasının yaydığı məlumata görə, 39 yaşlı şəxs Türkiyədən Lesbos adasına qayıqla 31 nəfər – 15 kişi, 4 qadın və 12 uşağı çatdırıb. Bildirilir ki, həmin şəxslər arasında üçüncü ölkələrin vətəndaşları da olub. Miqrantları sahilə endirdikdən sonra geri dönərkən o, Sahil Mühafizəsi əməkdaşları tərəfindən tutulub.

Məlumatlarda qeyd olunur ki, son dövrlərdə Türkiyədən Yunanıstana qeyri-qanuni miqrant daşınması ilə bağlı hadisələrdə Azərbaycan vətəndaşlarının iştirakı halları vaxtaşırı qeydə alınır. Yunanıstanda insan alveri ilə məşğul olmaqda və əsasən Türkiyə ərazisində fəaliyyət göstərən beynəlxalq şəbəkələrlə əlaqədə şübhəli bilinən onlarla azərbaycanlı həbs olunub. Onların böyük qisminin 19-22 yaşlı gənclər olduğu bildirilir.

Faktla bağlı araşdırma davam edir.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.