Yumurtadan cücə çıxmadı, dava məhkəmədə bitdi
Dekorativ toyuq yumurtalarından az cücə çıxması və təhqir iddiası tərəfləri 1000 manatlıq cəriməyə gətirdi
Şəmkir sakini Ədalət Museyibov dekorativ toyuq yumurtası alqı-satqısı səbəbindən həmyerlisi Elçin Salmanovla məhkəməyə üz tutub.
Ə.Museyibov Elçindən birinin qiyməti 3 manat olan 30 ədəd dekorativ yumurta alıb. Ödəniş planına əsasən, Ədalət əvvəlcədən 40 manat ödəyib, qalan 50 manatı isə cücələrin çıxmasından sonra verməli idi.
Lakin yumurtalardan yalnız 8-i cücəyə çevrildiyi üçün Ə.Museyibov qalan məbləği ödəməyib. Bu səbəbdən baş tutan görüş zamanı Elçin Salmanov Ədaləti bir neçə nəfərin yanında təhqir edib.
Hadisə nəticəsində Ə.Museyibov xüsusi ittiham qaydasında məhkəməyə müraciət edib. Şəmkir Rayon Məhkəməsi qərar verib və Elçin Salmanovu 1000 manat məbləğində cərimələyib.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.