7 saylı məktəbin 2b sinfinin şagirdləri sinif müəllimi Fəranə İmanovanın təşkilatçılığı ilə “Yol hərəkəti qaydalarına riayət et, sağlam yaşa” adlı maarifləndirici tədbir hazırlayıblar. Onlar yol nişanlarını nümayiş etdirib, hərəkət qaydaları ilə bağlı şeirlər və nəğmələr səsləndirib və kiçik səhnəciklər göstəriblər.
Mingəçevir şəhər Polis şöbəsi yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili bölməsinin inspektoru Rəşad Məmmədov, yol polisi bölməsinin təbliğat və təşviqat üzrə inspektoru Xətai Məmmədov, məktəbin direktoru Anar İsmayılov yol nişanları və piyada keçidləri haqqında şagirdlərə geniş məlumat veriblər.
Şərhlər bağlıdır.