Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Yol hərəkətində yeni qaydalar

Yeni qanun layihəsi moped sürücülərinin biliyini və yol təhlükəsizliyini artırmağa yönəlib

14

Azərbaycanda moped idarə edən şəxslər üçün yeni tələblər müəyyənləşir. Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılan “Yol hərəkəti haqqında” qanuna dəyişiklik layihəsində moped sürücüləri üçün vəsiqə almaq öhdəliyinin tətbiqi nəzərdə tutulub.

Layihənin məqsədi bu nəqliyyat vasitələrinin istismarını daha dəqiq tənzimləmək, sürücülərin bacarıq səviyyəsini artırmaq və ümumilikdə yol hərəkəti təhlükəsizliyini gücləndirməkdir.

Təkliflərə əsasən, artıq mopedlərin dövlət qeydiyyatına alınması, uçota götürülməsi və onların anlayışının qanunla daha aydın şəkildə müəyyənləşdirilməsi planlaşdırılır. Bununla yanaşı, mopedlərin yalnız yolun sağ kənar zolağı ilə hərəkət etməsi tələbi ləğv edilir.

Yeni dəyişikliklərə əsasən, həm motosiklet, həm də mopedlə qabaritlərindən 0,5 metrdən artıq çıxan və ya idarəetməyə mane olan yük daşınması da qadağan olunacaq.

Müzakirələrdən sonra layihə birinci oxunuşda səsvermə yolu ilə qəbul edilib.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.