Yevlaxda meşə zolağında 2500 ağac əkilib
Aksiya Varvara meşəbəyliyi sahəsində meşə zolağı üçün nəzərdə tutulmuş 1 hektar ərazidə həyata keçirilib
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü ilə həyata keçirilən ağacəkmə kompaniyası 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi, Regioanaı Meşə Təsərrüfatı Mərkəzi və Yevıax Yaşıllaşdırma Müəssisəsi kollektivlərinin iştirakı ilə baş tutub. Bakı-Qazax avtomagistralının yaxınlığında, Varvara meşəbəyliyi sahəsində meşə zolağı üçün nəzərdə tutulmuş 1 hektar ərazidə 2500 ədəd ağcaqayın, iydə və göyrüş ağac tingləri əkilib.
Qarşıdakı həftələrdə ağacəkmə prosesinin davam etdirilməsi nəzərdə tutulur.
Şərhlər bağlıdır.