Yeni xəbərlər
Yevlax kəndlərinin qəbiristanlıqlarında su tapılmır
Kənd sakini Şəhla Əliyeva deyir ki, daha çox çətinlik isti yay aylarında yaşanır

Yevlaxın Aşağı Bucaq kənd məzarlığına ziyarətə gələnlər qəbirləri yumaq və ya ətrafındakı gül-çiçəyi suvarmaq üçün uzaq məsafədən su gətirməli olurlar. Qəbiristanlığın yaxınlığından arx keçsə də bəzən onun suyu olmur. Kənd sakini Şəhla Əliyeva deyir ki, daha çox çətinlik isti yay aylarında yaşanır: “Qəbiristanlıqda dodağımız yanır, amma içməyə bir qurtum su tapmırıq. Yaşıllıqlar da məhv olur.”