Yevlax kəndlərinin qəbiristanlıqlarında su tapılmır
Yevlaxın Aşağı Bucaq kənd məzarlığına ziyarətə gələnlər qəbirləri yumaq və ya ətrafındakı gül-çiçəyi suvarmaq üçün uzaq məsafədən su gətirməli olurlar. Qəbiristanlığın yaxınlığından arx keçsə də bəzən onun suyu olmur. Kənd sakini Şəhla Əliyeva deyir ki, daha çox çətinlik isti yay aylarında yaşanır: “Qəbiristanlıqda dodağımız yanır, amma içməyə bir qurtum su tapmırıq. Yaşıllıqlar da məhv olur.”
Şərhlər bağlıdır.