Yerli mingəcevirlilər ilk gündən kockunlərə dayaq olublar
Fizuli Əhmədov 1978-ci il dekabr ayının 9-da Ağdam rayonun Boyəhmədli kəndində anadan olub. Dediyinə görə, atası Nəsir kişi uzun müddət sürücü işləyib, anası isə ibtidai sinif müəllimi olub. Onların hər ikisi dünyalarını dəyişib. 1993-cü ildə, 9-cu sinifdə oxuyanda Mingəçevirə pənah gətirib.
2002-ci ildə BDU-nin Şəki filialinin tarix fakültəsini bitirən həmsöhbətimiz deyir ki, hərbi xidmətdən sonra, 2004-cü ildən Mingəçevirdəki 1 saylı orta məktəbdə ixtisası üzrə çalışır: “Azərbaycanimiz bütün bölgələrəri gözəldir. Amma Mingəçevir mənim fikrimcə bunların arasında birincilər sırasındadır. Bu şəhərin unikallığı insanlarının bir-birinə səmimi münasibətindədir. Sevinclərini, kədərlərini bir-biri ilə bölüşürlər. Əslində bu, ən böyük nemətdir. Yerli mingəcevirlilər ilk gündən kockunlərə imkanları daxilində dayaq oldular. Bu səbəbdən Mingəçevirdə özümüzü qərib hiss etmədik. Onların bu isti münasibəti şəxsən mənə köçkün olduğumu unutdurdu. Yeri gəlmişkən, universiteti bitirdikdən sonra bu şəhərdə pedaqoji fəaliyyətə başladım. O zaman Aidə xanım İsmayılova təhsil şöbəsində kadrlar üzrə müdir idi. Mən onun köməyilə 1 nömrəli məktəbə müəllim təyin olundim. Mənsur müəllim, Seymur müllim, Zaur müəllim, Cəsarət müəllim, Əliyar müəllim və digərləri çətinə düşəndə həm maddi, həm də mənəvi dəstək olublar. Hazırda Nadir müəllimin ailəsini özümüün ikinci ailəm hesab edirəm. Məhz buna görə Mingəçevir şəhərinin dəyərli sakinlərinə öz minnətdarlığımı bildirirəm”.
F.Əhmədov inanır ki, yaxın illərdə işğal altında olan torpaqlarımız erməni millətçilərindən azad olunacaq: “O zaman bu gözəl şəhərdə qazandığım dost-tanışları böyük sevinclə Agdama dəvət edəcək və onların qulluğunda duracağam. Bu, mənim ən böyük arzumdur. Allah o günü mənə nəsib etsin”.
Şərhlər bağlıdır.