Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Yer kürəsində G2 və G3 sinifli maqnit fırtınaları müşahidə olunur

Günəşdən ayrılan plazma buludu planetin maqnit sahəsinə daxil olub, əsas təsir zonası Skandinaviya və Kanadadır

11

Yer kürəsində G2 və G3 sinifli maqnit fırtınaları qeydə alınıb. Buna səbəb günəşdən ayrılan plazma buludunun Yer planetinin maqnit sahəsinə daxil olmasıdır.

Məlumatı Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu öz teleqram kanalında yayıb. Bildirilir ki, yaxın günlərdə Yer kürəsinin maqnit sahəsindəki həyəcanların intensivliyi daha da arta bilər.

Astrofiziklərin sözlərinə görə, əsas qütb parıltıları zonası Skandinaviya ölkələrində və Kanadada müşahidə olunacaq.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.