Yeni vergi qaydaları tətbiq olunur
Milli Məclis Vergi Məcəlləsində dəyişiklik edərək fiziki şəxslərin kirayə gəlirlərindən verginin tutulmasını birinci oxunuşda təsdiqləyib
Fiziki şəxslərə məxsus yaşayış sahələrinin (mehmanxanalar və mehmanxana tipli obyektlərdə yerləşən yerlər istisna olmaqla) kirayədən əldə olunan gəlirlərdən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulacaq. Bu məsələ Milli Məclisin bugünkü iclasında Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Sənədə əsasən, icarə haqqı vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxs tərəfindən ödənildikdə, icarəyə verən özü və ya onun təyin etdiyi vergi agenti 10 faiz və ya 14 faiz dərəcə ilə vergini ödəyəcək və vergi uçotuna alınıb bəyannamə verəcək. Dəyişikliklər birinci oxunuşda qəbul olunub.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.