Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Yeni Klinikada müasir reabilitasiya imkanları

Mərkəz pasiyentlərin funksional müstəqilliyini bərpa etmək və həyat keyfiyyətini yüksəltmək məqsədilə fəaliyyət göstərəcək

19

Bu gündən Azərbaycanda regionun ən böyük Robotik Reabilitasiya Mərkəzi fəaliyyətə başlayıb. Mərkəz Yeni Klinikada yerləşir və 3 600 kvadratmetr ərazini əhatə edir.

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov bildirib ki, mərkəzin əsas məqsədi pasiyentlərin funksional müstəqilliyini bərpa etmək, həyat keyfiyyətini yüksəltmək və hərəkət imkanlarını maksimum səviyyəyə çatdırmaqdır. Mərkəz həm ambulator, həm də stasionar xidmətlər təqdim edəcək.

Müəssisədə həkim-fizioterapevtlər, travmatoloq, nevroloqlar, təcili yardım üzrə həkimlər, fizioterapevt-reabilitoloqlar, tibb bacıları və müalicəvi bədən tərbiyəsi təlimatçıları fəaliyyət göstərəcək.

Neyrotravma şöbəsində kəllə-beyin və onurğa-beyin travmaları, eləcə də reanimasiyadan sonra reabilitasiya ehtiyacı olan pasiyentlərin müalicəsi həyata keçiriləcək.

Gündəlik 500 nəfər qəbul etməyi planlaşdıran mərkəz, təxminən 150-200 min Azərbaycan vətəndaşının sağlamlığına qovuşmasına imkan yaradacaq.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.