“Yeni dövrdə təhsil və tədqiqat fəaliyyəti: reallıqlar və çağırışlar” mövzusunda beynəlxalq elmi konfransın bölmə iclasları keçirilib
2022-ci ilin dekabrın 16-da Mingəçevir Dövlət Universitetində (MDU) Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin, Mingəçevir Şəhər İcra Hakimiyyətinin və Fizika İnstitutunun dəstəyi ilə “Yeni dövrdə təhsil və tədqiqat fəaliyyəti: reallıqlar və çağırışlar” mövzusunda beynəlxalq elmi konfransın bölmə iclasları keçirilib.
Konfransın “Təhsil və humanitar elmlər” bölməsinin iclası MDU-nun “Humanitar fənlər” kafedrasının müdiri, dosent Esmira Cəfərovanın moderatorluğu ilə keçirilib. Bildirilib ki, bölməyə 224 yerli, 36 xarici olmaqla, ümumilikdə 260 tezis və məqalə daxil olub.
“Təhsil və humanitar elmlər” bölməsinin iclasında Gəncə Dövlət Universitetindən Allahverdi Quliyev “Tədris-tədqiqat prosesində pedaqoji texnologiyalardan istifadə”, Litvanın Mikolas Romeris Universitetindən Viktoriya Prixodko “Pandemiya şəraitində universitetdə distant təhsil: reallıqlar və perspektivlər”, MDU-dan Asim Məmmədov “Gələcəyin ali təhsili necə olmalıdır?”, Qazaxıstan Milli Pedaqoji Universitetindən Mərfuqə Absatova “Pedaqoqun peşəkar fəaliyyətində rəqəmsal resurslar: həyata keçirilməsi təcrübəsi”, İnformasiya Texnologiyaları İnstitutundan Esmira Ələsgərova “Bulud texnologiyası əsasında inklüziv təhsil kontentlərinin formalaşması” və İranın Əl-Mustafa Beynəlxalq Virtual Universitetindən Əfzələddin Rəhimli “Tədqiqat fəaliyyətində tənqid psixologiyası” mövzusunda çıxış ediblər.
Sonra, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialından Firidə Mustafayeva “İbtidai siniflərin riyaziyyat dərslərində inkişafetdirici çalışmalar və onların həlli yolları”, Ukraynanın Xarkov Milli Avtomobil-Yol Universitetindən İrina Xoroşilova “İnnovativ yanaşmalardan istifadə edərək təhsil”, Türkiyənin Niğde Ömər Halisdemir Universitetindən Tuğba Elli “Əcnəbilərə türk dilinin öyrədilməsi və mədəni elementlərin ötürülməsində türk nağıllarından bir vasitə olaraq istifadə”, Qırğız İqtisad Universitetindən Güknaz Supayeva “Təhsildə oyunlaşdırma”, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutundan Gözəl Quliyeva “Təhsil sahəsində “beyin axını”nın səbəbləri və problemin həll yolları”, MDU-dan Mətanət Yusifova “Pedaqoji kadrların hazırlanması: müasir dövrün inkişaf meyllərinin təhlili” və Fidan İsayeva “İnformasiya və telekommunikasiya texnologiyalarının təhsilə təsiri” mövzularında məruzə ediblər.
Daha sonra, Ankara Hacı Bayram Vəli Universitetindən Müseyib Şirəliyev “Multikulturalizm kontekstində Azərbaycanda dil siyasəti”, Bakı Slavyan Universitetindən Cəmilə Qədimova “Rus dilində milli-mədəni xüsusiyyətləri olan belarus leksik vahidləri haqqında”, Bakı Biznes Universitetindən Çinarə İsrafilova “Gələcək müəllimlərin hazırlanmasında interaktiv təlim metodlarının rolu”, Azərbaycan Dövlət Pedaqoji Universitetindən Nabat Cəfərova “Oxu dərslərində fəal təlimlə sinonimlərin tədrisi”, MDU-dan Anar İsmayılov “Vətən müharibəsindən sonrakı dövrdə regional geosiyasi proseslərdəki dəyişikliklərin ali məktəblərdə tədrisinə dair” və Könül Cabbarova “Yuxarı sinif şagirdlərinin aqressiv davranışının profilaktikası və korreksiyası” mövzularında məruzələrini təqdim ediblər.
Konfransın “İqtisad elmləri və idarəetmə” bölməsinin iclası MDU-nun “Sənayenin təşkili və idarəetmə” kafedrasının müdiri, dosent Emiliya Hüseynovanın moderatorluğu ilə keçirilib. Bildirilib ki, bölməyə 105 yerli, 16 xarici olmaqla, ümumilikdə 121 tezis və məqalə daxil olub.
“İqtisad elmləri və idarəetmə” bölməsinin iclasında Xarkov Milli Avtomobil-Yol Universitetindən Tatyana Dedilova “Yeni dövrdə təhsil və elmi fəaliyyət: reallıqlar və nəticələr”, Azərbaycan Dövlər Aqrar Universitetindən Anar Hətəmov “Ali aqrar təhsilin inkişafında universitet-sənaye əməkdaşlığının rolu”, Moskva Dövlət Universitetindən Sergey Nikonorov “Davamlı inkişafdan davamlı maliyyəyə doğru”, İqtisadiyyat İnstitutundan Tariyel Qurbanov “Özəl təhsil sistemində kadr hazırlığının yaxşılaşdırılması”, MDU-dan Vüqar Məmədli “Elm və təhsil sahəsində tətbiq edilən vergi güzəştlərindən istifadə imkanları”, Kiyev Milli İqtisad Universitetindən Andrey Fedorçenko “Marketoloqların hazırlanmasında müasir marketinqin yeni paradiqması: Ukrayna təcrübəsi” və Belarusun Baranoviç Dövlət Universitetindən Qalina Nalivayko “Davamlı inkişafın tarixi bençmarkinqi” mövzularında çıxış ediblər
Sonra, Rusiya Xalq Təsərrüfatı və Dövlət İdarəçilik Akademiyasının Tula filialından Yelena Qraçyova “Aqroturizmin inkişafına dövlət dəstəyinin istiqamətlərinin müəyyən edilməsi”, Lənkəran Dövlət Universitetində Fizuli Zamanov “Lənkəran iqtisadi rayonunun sahil destinasiyasından istifadəyə elmi yanaşmanın müasir problemləri”, Kiyev Milli İqtisad Universitetindən Yelena Danilenko “Rəqəmsal transformasiya qlobal idarəetmə tendensiyası kimi”, MDU-dan Aynur Namazova “İnvestisiya layihələrinin işlənməsinə logistik baxış”, Məlahət Rəhimova “Aqrar sahədə elmi-texniki tərəqqi və texnologiyaların tətbiqi metodları”, Saqib Məmmədov “Azərbaycanda makroiqtisadi sabitliyin təmin edilməsində sənayeləşmə prosesinin əhəmiyyəti” və Yeganə Məmmədli “Modernləşdirmənin aqrar istehsalın iqtisadi səmərəliliyinə təsiri” mövzularında məruzə ediblər.
Konfransın “Təbiət və texnika elmləri” bölməsinin iclası MDU-nun “Mexanika” kafedrasının müdiri, dosent Mahir İsmayılovun moderatorluğu ilə keçirilib. Bildirilib ki, bölməyə 138 yerli, 10 xarici olmaqla, ümumilikdə 148 tezis və məqalə daxil olub.
“Təbiət və texnika elmləri” bölməsinin iclasında Türkiyənin Qazi Universitetindən Ercan Nurcan Yılmaz “Elektrik enerjisi istehsalında təbii qazdan istifadənin ətraf mühitə təsiri”, Fizika İnstitutundan Eldar Həsənov, Şəhla Xəlilova və Riqiya Mustafayeva “Xarici elektrik və güclü maqnit sahələrində elektron tipli yükdaşıyıcı yarımkeçiricilərin emissiyaları”, Təranə Nurubəyli “İnduktiv birləşmiş plazma kütlə spektrometriyası metodu ilə bioloji mayelərin təhlilində matris effektlərinin rolu”, Hüseyn Hüseynov “Yüksək gərginlikli elektrik boşalmalarının təsiri altında “maye – sorbent” sistemində sorbsiya prosesi”, Ülkər Səmədova “Suyun fotokatalitik və fotoelektrokimyəvi parçalanmasında ferroelektrik materialların tətbiqi”, MDU-dan Aidə Mustafayeva “Robototexniki komplekslərin layihələndirilməsində innovativ yanaşmalar” və İnformasiya Texnologiyaları İnstitutundan Aysən Fərəcova “Sənaye 4.0 və rəqəmsal transformasiya” mövzularında məruzə ediblər.
Sonra Azərbaycan Texniki Universitetindən Yadigar İmamverdiyev “Blokçeynlərdə gizliliyin qorunması metodları”, Türkiyənin Afyon Kocatepe Universitetindən Enes Yıldız “Süni neyron şəbəkələri ilə təsnifat”, MDU-dan Səadət Şıxəliyeva “Enerjiyə qənaət etmədə innovativ yanaşmalar”, Mahir İsmayılov “Müxtəlif sənaye sahələrində istifadə olunan idarəetmə”, Mehman Rəsulov və Məlahət İsmayılova “Qiymətləndirmənin avtomatlaşdırılmasının tərbiyəvi əhəmiyyəti”, Gülmirə Məmmədova “Qloballaşma şəraitində ekoloji innovasiyaların inkişafı”, Xəyalə Hüseynzadə “Yüksək həssaslığa malik fotodiodlar və onların quraşdırılma metodları” və Aysel Qocayeva “Mingəçevir hidrokompleksi yerləşən ərazinin qiymətləndirilməsi” mövzularında məruzələrini təqdim ediblər.
Hər üç bölmə iclasında iştirakçılar tərəfindən maraqla qarşılanan məruzələr ətrafında geniş müzakirələr aparılıb və təqdim edilən suallar ətraflı cavablandırılıb.
Qeyd edək ki, MDU-da ikinci dəfə keçirilən beynəlxalq elmi konfransa həm yerli, həm də xarici ali təhsil və elm ictimaiyyəti tərəfindən böyük maraq göstərilib, 51 yerli ali təhsil və elmi-tədqiqat müəssisəsindən, eləcə də 9 xarici ölkənin 21 universitetindən ümumilikdə 520-dən artıq tezis və məqalə daxil olub. Konfransın yekun iclası dekabrın 17-də keçiriləcəkdir.
Şərhlər bağlıdır.