Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Yaxın Şərqdə gərginlik artır: Tehran hazırlıqlara başladı

“Paytaxtda 2,5 milyon sakin üçün 300-dən çox yeraltı sığınacaq istifadəyə hazır vəziyyətə gətirilib

64

Yaxın Şərqdə gərginliyin artması ilə bağlı olaraq, Tehran şəhərində 2,5 milyon sakin üçün yeraltı sığınacaqların təşkili tamamlanıb.

İran paytaxtının Böhranların İdarə Edilməsi Təşkilatının rəhbəri Əli Nəsiri açıqlamasında bildirib ki, hazırda 300-dən çox yeraltı sığınacaq istifadəyə hazır vəziyyətə gətirilib. Bu sığınacaqlar arasında dayanacaqlar və metro stansiyaları da var.

Həmçinin, İran silahlı qüvvələri öncədən ABŞ-ın Yaxın Şərqdəki fəaliyyətlərini diqqətlə izlədiklərini və hər an əməliyyata hazır olduqlarını açıqlayıblar.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.