Yaponiyanın Azərbaycandakı səfirinin Mingəçevirə gəlişinin məqsədi nə idi?
Səfir Mingəçevir SES və Azərbaycan İES-ə baş çəkib, şəhər rəhbəri ilə görüşüb
Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov yaponiyalı diplomata şəhərin tarixi, mədəniyyəti, sosial-iqtisadi göstəriciləri barədə məlumat verib və yaponlu iş adamlarının yerli layihələrə cəlb oluna biləcəyinə ümid etdiyini bildirib.
Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vada Cuniçi Yaponiya və Azərbaycan arasında diplomatik əlaqələrin yaranmasının 30-cu ildönümü münasibətilə 2022-ci ilin “Dostluq ili” adlandırıldığını vurğulayıb. O, diqqətə çatdırıb ki, Yapon şirkətləri uzun müddət “Azərenerji ilə də əlaqəli çalışıb və Mingəçevirdəki energetika müəssisələri ilə yapon şirkətləri əməkdaşlıq edə bilər.Eyni zamanda səfir deyib ki, Azərbaycanda yapon yeməklərinin təqdimatı və qadınların işlə təmin olunması ilə bağlı yeni layihələri gözlənilir.
Səfər çərçivəsində səfir Vada Cuniçi Mingəçevir SES və Azərbaycan İES-lə yaxından tanış olub.
Şərhlər bağlıdır.