Yaponiya səfirliyi fəaliyyətini dayandırdı
Regiondakı hadisələr fonunda Bakıda diplomatik nümayəndəliyin işi və viza qəbulu qeyri-müəyyən müddətə dayandırılıb
Yaponiyanın Azərbaycandakı səfirliyi fəaliyyətini müvəqqəti olaraq dayandırdığını açıqlayıb.
Bu barədə diplomatik nümayəndəliyin rəsmi sosial media hesabında məlumat paylaşılıb.
Bildirilib ki, regionda baş verən hadisələr fonunda səfirliyin işi qeyri-müəyyən müddətə qədər dayandırılır. Eyni zamanda, viza müraciətlərinin qəbulu və hazır vizaların təqdim edilməsi prosesi də müvəqqəti olaraq dayandırılıb.
Səfirlik vətəndaşlardan bu vəziyyəti anlayışla qarşılamalarını xahiş edib və yaranan narahatlığa görə üzrxahlıq bildirib.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.