Yapon növü olan balqabaq Mingəçevir sakininin həyətini bəzəyir
Yerli balqabaqlardan fərqlənən bu bitki narıncı rəngdədir, hündür çardağa dırmaşıb bar verir
Mingəçevir sakini Damət Şəfizadə turizm sahəsi ilə məşğul olsa da, şəxsi təsərrüfatında rəngarəng bitkilər yetişdirməyi bacarıb. Yapon növü olan balqabaq bu baxımdan daha çox nəzəri cəlb edir. Bu bitkinin qeyri-adiliyi onun digər balqabaqlardan balaca, yəni armud boyda olmasıdır. Yerli balqabaqlardan fərqlənən bu bitki narıncı rəngdədir, hündür çardağa dırmaşıb bar verir
Ev sahibinin dediyi kimi, bu bitkini görənlər ayaq saxlayıb maraqlanırlar.
Şərhlər bağlıdır.