Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Yanvar ayının pensiyaları bölgələr üzrə ödənilir

Bakı, Sumqayıt, Abşeron və Naxçıvanda pensiya ödənişləri artıq həyata keçirilib, digər bölgələrdə isə qrafik üzrə davam edəcək

359

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu yanvar ayı üzrə pensiyaları Bakı, Sumqayıt və Abşeron rayonunda əhaliyə çatdırıb.

Eyni zamanda, Naxçıvan Muxtar Respublikasında muxtar respublika üzrə bu ayın pensiya ödənişi həyata keçirilib.

Ölkənin digər bölgələrində yaşayan və güzəştli şərtlərlə pensiya hüququ olan şəxslərin yanvar ayı üzrə ödənişləri isə qrafikə uyğun olaraq yaxın günlərdə təmin ediləcək.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.