Yanğın hadisəsi törədən şəxs saxlanıldı
Cocuq Mərcanlı kəndində əkin sahəsində yanğın törədən şəxs polis tərəfindən saxlanılıb, 1 hektar ərazi zərər görüb
Yanvarın 7-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində əkin sahəsində yanğın törətməkdə şübhəli bilinən şəxs polis tərəfindən saxlanılıb.
Araşdırmalar nəticəsində hadisəni 1960-cı il təvəllüdlü F. Abbasovun törətdiyi müəyyən edilib. Yanğın 1 hektar quru ot sahəsinə ziyan vurub.
F.Abbasovun barəsində toplanmış materiallar məhkəməyə göndərilib.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.