Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Xüsusi icra məmurlarının geyim və nişan standartları təsdiqləndi

Baş nazir Əli Əsədov qərar imzalayaraq xüsusi icra məmurlarının gündəlik geyim və nişan nümunələrini təsdiqləyib

305

Xüsusi icra məmurlarının vahid geyim forması və nişanlarının, həmçinin onların köməkçilərinin nişanlarının təsvirləri rəsmi qaydada təsdiqlənib. Bu barədə qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Qərara görə, xüsusi icra məmurlarının geyim forması gündəlik istifadəyə uyğun hazırlanacaq və yay-qış dəstlərindən ibarət olacaq. Geyimlər sağlamlığa zərərsiz, keyfiyyətli, möhkəm, aşınmaya davamlı və gigiyenik tələblərə cavab verən parçalardan hazırlanmalıdır.

Qış dəsti aşağıdakı elementləri əhatə edir: beysbolka, istiliklə təmin edilmiş gödəkçə, yaz-payız üçün qolsuz gödəkçə, uzunqol üçdüymə köynək, şalvar (qadınlar üçün həm yubka, həm də şalvar) və ayaqqabı.
Yay dəsti isə beysbolka, qısaqol üçdüymə köynək, şalvar (qadınlar üçün yubka və şalvar) və ayaqqabıdan ibarətdir.

Xüsusi icra məmurlarının nişanı rezin və metal materialların kombinasiyasından hazırlanaraq qalxan formasını daşıyır. Nişanda “Xüsusi icra məmuru” sözləri, məmurun soyadı, adı, atasının adı, reyestr nömrəsi və həmin nömrənin doğruluğunu yoxlamaq üçün QR kod yerləşdirilir.

Həmçinin, xüsusi icra məmurlarının və onların köməkçilərinin nişanları geyim formasının sol döş hissəsinə bərkidilməlidir. Qeyd olunur ki, bu standartlar yalnız xüsusi icra məmurlarına aid olub, dövlət icra məmurlarına şamil edilmir.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.