Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Xristian aləminin əlamətdar bayramı

Azərbaycan pravoslav kilsələrində dua mərasimləri keçirilir, Prezident İlham Əliyev icmanı təbrik edib

445

Bu gün dünya pravoslav xristianları Milad bayramını qeyd edirlər. Xristian aləminin ən əlamətdar və ənənəvi mərasimlərindən sayılan Milad, İsa Məsihin Vifleyemdə dünyaya gəlməsinin şərəfinə keçirilir.

Dünya xristianları bayramı mənsub olduqları məzhəbə görə müxtəlif günlərdə qeyd edirlər: katoliklər 25 dekabrda, pravoslavlar isə 6-7 yanvarda. Pravoslav ölkələrində Milad rəsmi dövlət bayramıdır.

Bayram hazırlıqları çərçivəsində evlərdə və ictimai məkanlarda şam ağacları bəzədilir, küçələr işıqlandırılır. Azərbaycanda pravoslav kilsələrində Milad günü dua mərasimləri keçirilir. Hər il Prezident İlham Əliyev pravoslav icmasını bayram münasibətilə təbrik edir.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.