Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Xocalı soyqırımı məcburi köçkün məktəbində anılıb

212

Mingəçevirdəki 51 saylı  Ağdam məcburi köçkün məktəbində Xocalı qətilamının 25-ci ildönümü ilə əlaqədar ədəbi kampozisiya nümayiş olunub.Tədbir iştirakçıları əvvəlcə məktəbin foyesində şagirdlərin əl işlərindən ibarət  rəsmlərə tamaşa ediblər.  Bu  rəsmlər  Xocalı soyqırımında həlak olmuş, öldürülmüş, işgəncələrə məruz qalmış insanlar  barədə idi.

Xocalıda həlak olanlarıx xatirəsi  bir dəqiqəlik sükutla yad edilib. Tədbirin təşkilatçılarından olan Cimnaz Əliyeva Azərbaycan tarixinin Xocalı  bəlasından danışıb. Məktəbin direktoru Afaq Mehdiyeva, tarix müəllimi Sammədin Hüseynov, Qarabağ qazıləri, şəhid ailələri də tədbirdə çıxış ediblər.  Onlar  XX əsrin sonlarında  törədilmiş Xocalı soyqırımını həm Azərbaycan xalqına, həm də bütün bəşəriyyətə qarşı  ağır cinayət kimi qiymətləndiriblər.

Məktəbin şagirdləri şeirlər söyləyib və həmin gecəni əks etdirən kiçik tamaşalarını  nümayiş etdiriblər.

Şərhlər bağlıdır.