Xocalı soyqırımı məcburi köçkün məktəbində anılıb
Mingəçevirdəki 51 saylı Ağdam məcburi köçkün məktəbində Xocalı qətilamının 25-ci ildönümü ilə əlaqədar ədəbi kampozisiya nümayiş olunub.Tədbir iştirakçıları əvvəlcə məktəbin foyesində şagirdlərin əl işlərindən ibarət rəsmlərə tamaşa ediblər. Bu rəsmlər Xocalı soyqırımında həlak olmuş, öldürülmüş, işgəncələrə məruz qalmış insanlar barədə idi.
Xocalıda həlak olanlarıx xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirin təşkilatçılarından olan Cimnaz Əliyeva Azərbaycan tarixinin Xocalı bəlasından danışıb. Məktəbin direktoru Afaq Mehdiyeva, tarix müəllimi Sammədin Hüseynov, Qarabağ qazıləri, şəhid ailələri də tədbirdə çıxış ediblər. Onlar XX əsrin sonlarında törədilmiş Xocalı soyqırımını həm Azərbaycan xalqına, həm də bütün bəşəriyyətə qarşı ağır cinayət kimi qiymətləndiriblər.
Məktəbin şagirdləri şeirlər söyləyib və həmin gecəni əks etdirən kiçik tamaşalarını nümayiş etdiriblər.
Şərhlər bağlıdır.