Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Xarici müharibəyə qatılanlara qarşı tədbir

DTX Rusiya və Ukraynada döyüşmüş Azərbaycan vətəndaşlarını məsuliyyətə cəlb etdi

312

Rusiya ilə Ukrayna arasında davam edən silahlı toqquşmalarda iştirak etmiş Azərbaycan Respublikasının bir qrup vətəndaşı cinayət məsuliyyətinə cəlb olunub.

Azərbaycan qanunvericiliyinə zidd olaraq, ölkə hüdudlarından kənarda qanunsuz silahlı birləşmələrin tərkibində döyüşlərə qatılan şəxslərin müəyyən edilməsi məqsədilə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Toplanan məlumatlar göstərir ki, indiyədək Rusiya–Ukrayna müharibəsində iştirak etmiş çoxsaylı Azərbaycan vətəndaşları həlak olub, yaralanıb, itkin düşüb və ya əsir götürülüb.

Aparılan araşdırmalar nəticəsində 1991-ci il təvəllüdlü Nəbiyev Real Eldəniz oğlu, 1993-cü il təvəllüdlü Hüseynov Faris Famil oğlu, 1994-cü il təvəllüdlü Məmmədov Ali Elnur oğlu və Mirhəşimli Murov Həsən oğlunun Rusiya və Ukrayna tərəfinin nəzarətində olan silahlı dəstələrin tərkibində döyüş əməliyyatlarında iştirak etdikləri sübuta yetirilib. Sözügedən şəxslər 2026-cı ilin yanvar ayında saxlanılaraq barələrində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.

DTX bir daha vətəndaşlara xəbərdarlıq edir ki, xarici ölkələrin ərazisində silahlı münaqişələrdə iştirak etmək Azərbaycan Respublikasının qanunlarına əsasən cinayət məsuliyyəti yaradır və bu cür hallara yol verən şəxslər barəsində hüquqi tədbirlər bundan sonra da qətiyyətlə görüləcək.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.