Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Xaricdə yaşayan azərbaycanlı blogerlərlə bağlı yeni məhkəmə mərhələsi

Tural Sadıqlı və digər blogerlərin məhkəmə prosesi start götürdü

31

Bakı Ağır Cinayətlər Məhkəməsində xaricdə yaşayan azərbaycanlı blogerlər — Tural Sadıqlı, Elşad Məmmədov, Qurban MəmmədovSüleyman Süleymanlı barəsində açılmış cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən iclasda ilkin mərhələdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə prosesi oktyabrın 24-də davam etdiriləcək.

Qeyd edək ki, adıçəkilən şəxslər barəsində dələduzluq, terrorçuluğa çağırış, kütləvi iğtişaşların təşkili və rəsmi sənədlərin saxtalaşdırılması kimi maddələr üzrə ittihamlar irəli sürülüb.

Təqsirləndirilən şəxslərin hazırda ölkə xaricində olmaları səbəbindən onların barəsində qiyabi həbs qətimkan tədbiri seçilib.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.