Xaricdə təhsil arzusunda olanlara xəbərdarlıq
Çin universitetlərində oxumaq üçün ön qəbul sənədi artıq məcburidir
Gələn tədris ilində Hökumətlərarası Təqaüd Proqramları (HTP) çərçivəsində Çin Xalq Respublikasında (ÇXR) təhsil almaq istəyən namizədlər üçün mühüm yeniliklər açıqlanıb.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin məlumatına görə, namizədlərdən tələb olunan əsas sənədlərdən biri — prioritet universitetlər üzrə ön qəbul sənədidir (pre-admission notice). Bu sənəd namizədin seçdiyi üç Çin universitetindən birindən alınmalıdır.
2026/2027-ci tədris ili üçün təqaüd proqramında iştirak etmək istəyən Azərbaycan vətəndaşları ön qəbul sənədini əldə etmək məqsədilə birbaşa Çin universitetləri ilə əlaqə saxlamalıdırlar. Müraciət üçün universitetlərin siyahısı campuschina.org/universities/index.html saytında yerləşdirilib.
Bildirilib ki, təqaüd proqramına sənəd qəbulu ilə bağlı rəsmi elan yaxın günlərdə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin və HTP-nin internet səhifələrində, eləcə də sosial media hesablarında paylaşılacaq.
Qeyd edək ki, bu proqram Azərbaycan və Çin hökumətləri arasında 13 aprel 2020-ci ildə Pekində imzalanmış “Təhsil sahəsində əməkdaşlıq haqqında Saziş” əsasında həyata keçirilir.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.